Icma.az
close
up
RU
Əminəm ki, parlamentlərimizin əksəriyyəti yaşıl inkişafla bağlı qanunlar qəbul edib Sahibə Qafarova

Əminəm ki, parlamentlərimizin əksəriyyəti yaşıl inkişafla bağlı qanunlar qəbul edib Sahibə Qafarova

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

S.Qafarova əminliyini bildirib ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbul ediblər:

“İqlim dəyişikliyi bəşəriyyətini istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir. Dünyanın hər yerindən çoxlu parlamentarilərin bu gün burada bizə qoşulmasını görmək mənə böyük qürur və sevinc verir. Bu, ümumi məqsəd uğrunda birliyimizi və prosesdə güclü iştirakımızı göstərir”.

Onun sözlərinə görə, biliklərin, təcrübənin və qabaqcıl praktikaların paylaşılması sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və hamı üçün faydalıdır:

“Bu mənada, Parlamentlərarası İttifaqın rolunu da yüksək dəyərləndirmək lazımdır. Dialoq və həmrəylik fikrinə sadiq qalaraq, bu təşkilat bizi əhəmiyyətli təşəbbüslər, o cümlədən iqlim tədbirləri ətrafında səfərbər edir və səsimizin eşidilməsini təmin edir. Lakin iqlim böhranı getdikcə pisləşdikcə, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması işi daha da çətinləşir. Çünki getdikcə vaxtımız daralır. Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizə daha çox diqqət və fəaliyyət tələb edir, bu da öz növbəsində bizim iştirakımızı gücləndirməyimizə ehtiyac olduğunu göstərir”.

Sədr nəzərə çatdırıb ki, iki günlük tədbir və ümumi mövqeni əks etdirən yekun sənəd, iqlim maliyyələşdirilməsi, təsirlərin azaldılması və uyğunlaşması, şəffaflıq, milli səviyyədə müəyyən edilmiş töhfələr kimi ən aktual problemləri və vacib məsələləri ön plana çəkir:

“Bu məsələlər, eyni zamanda COP29 Azərbaycan Sədrliyinin prioritetləridir və bugünkü qlobal iqlim gündəmini əks etdirir”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri