Icma.az
close
up
RU
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar

Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.

Bu barədə məqalə Meksikanın “Revista Mundo Internacional” nəşrində dərc edilib.

Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib.

Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.

Əmirbəyov üç mövzuya diqqət yönəldib: "Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi. Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.

O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma “müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.

İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib: “Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”.

Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır: “Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”.

O, ölkənin Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat qovşağı kimi strateji rolunu vurğulayıb.

Ermənistanla sülh müqaviləsindən danışarkən Əmirbəyov qeyd edib ki, tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bununla belə, bu yolda “iki maneəni aradan qaldırmaq lazımdır”. Birincisi, onun fikrincə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. İkincisi, o, hazırda köhnəlmiş və səmərəsiz hesab olunan “vasitəçilik institutlarını ləğv etməyi” zəruri olduğunu vurğulayıb.

Diplomat gələcək sülhün mühüm hissəsi kimi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılmasını qeyd edib. Diplomatın sözlərinə görə, bu, regionun logistika xəritəsini dəyişəcək və sabitliyi gücləndirəcək.

Sonda o, sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni bir səhifə açacağına əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 İyun 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri