Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının əksəriyyətində eniş qeydə alınıb.
"APA-Economics" xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızılın qiyməti isə 54,26 dollar və ya 1,29% geriləyərək 4 155,71 dollar olub.
Gümüş də ucuzlaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 1,42 dollar və ya 2,13% azalaraq 65,38 dollara enib.
Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib.
Platin bazarında da mənfi dinamika müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb.
Analitiklər qiymətli metallarda satış təzyiqini Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 20 İyun 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















