Ən çox bahalaşan məhsulların adları açıqlandı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu ilin noyabr ayında istehlak qiymətləri ötən ilin noyabr ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,7 faiz artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, noyabr ayında istehlak qiymətləri əvvəlki aya – oktyabra nisbətən 0,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz bahalaşıb.
Bu ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda ən çox bahalanan məhsulların adları açıqlandı
10 Sentyabr 2025 14:40
Azərbaycanda ən çox bahalaşan meyvələr açıqlandı
03 İyun 2026 17:36
Dünyanın ən çox bahalaşan məhsulu açıqlandı
05 Sentyabr 2026 20:00
Bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı
10 İyul 2025 13:24
Ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı Siyahı
12 Oktyabr 2026 16:24
Baxış sayı:120
Bu xəbər 10 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















