Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ən etibarlı, ən xoşbəxt və ən varlı BÜRCLƏR MÜSAHİBƏ

Ən etibarlı, ən xoşbəxt və ən varlı BÜRCLƏR MÜSAHİBƏ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Astroloq, jurnalist Səbuhi Rəhimlinin SİA-ya müsahibəsini təqdim edirik:

- Qoroskop nədir?

- İnsan yaranandan ətraf aləmi, dünyanı, kainatı, Allahı dərk etmək üçün müxtəlif vasitələrdən istifadə edib. Bu istiqamətdə müxtəlif elmlər var. Onlardan biri, bəlkə də, ən önəmlilərindən biri də astrologiyadir. Astrologiya vaxtilə vahid elm olub, bütün elmləri özündə birləşdirib. Qədim insanlar görüblər ki, ay bəlli zamanlarda bədirlənir, yenidən doğur. Bu qanunauyğunluğu görəndən sonra onun hərəkət trayektorasına görə uyğun olaraq hadisələrin oxşarlığını görüblər. Görüblər ki, burada nəsə var. Ay təzə doğanda əkin-biçin üçün müvafiq zaman olub, ay bədrlənəndə əsəb sisteminin pozulmasının şahidi olublar. Nəhayət, əvvəlcə, aydan başlayıblar. Sonra yavaş-yavaş elm, texnologiya inkişaf etdikcə, öz dövrünə müvafiq olaraq Saturnun, Uranın, Neptunun, Veneranın təsirlərini öyrəniblər. Akademik məcraya çatanda görüblər ki, planetlər insanlara təsir edir. Əvvəllər astrologiya və astronomiya birlikdə olub. Ondan sonra orta əsrlərin ilkin çağlarında astronomiya və astrologiya ayrılıb. Astronomiya planetlərin trayektorası, kütləsi, yerə məsafəsi ilə məşğul olub. Amma astrologiya ancaq göy sferasında olan planetlərin insanların həyatına təsirini öyrənib. Bəziləri astrologiyanı qəbul etmirlər, deyirlər ki, ayın yumru olmasının heç bir əhəmiyyəti yoxdur, sadəcə gözəl bir görüntüdür, planetlərin paradının adi kosmik mənzərə olduğunu bildirirlər. Amma istənilən adam planetlərin düzülüşünə görə yerdəki hadisələrə təsir mexanizmini bilir. Burada da astrologiya meydana çıxır. Xəritələr hazırlanır, astroloji proqnozlar verilir, müəyyən hadisələr olur. Orta əsrlərdə də, bu gün də dövlətin idarə olunmasında, müharibələrin başlanmasında, bitməsində, sülh müqavilələrinin bağlanmasında daha uğurlu zaman kəsimləri var. Qoroskop astrologiyanın bir qoludur, insana aid olan hissəsidir. Amma astrologiya bizə daha çox uğurlu zaman kəsimlərini göstərir. Orada bizim üzərimizə düşən vəzifələri göstərir. Ondan istifadə edib-etməmək bizim fərdi qabiliyyətimizdən asılıdır.

- İndiyə qədər verdiyiniz astroloji proqnozların özünü doğrultmayanı olub?

- 90-cı illərdən deyirəm ki, gündəlik verilən proqnozlar 30%-dən artıq doğru çıxa bilməz. Sadəcə istiqaməti veririk. Dünyanın hər yerində günəşin trayektorasına görə bürclərin proqnozu verilir. Amma mən bir az da artıq əziyyət çəkib ayı da oraya əlavə edirəm. Çünki ay bizim emosiyalarımızı, xəstəliklərimizi idarə edir. O zaman bütün qəzetlərdə çıxırdı, bir ildən çox sizin qəzetdə də çalışmışam. Daha çox ona baxırdılar ki, o, situasiyalara daha uyğun gəlir. Amma o demək deyil ki, mütləq həqiqətdir, alın yazısıdır. Bəzən onu səhv salırlar. Bu bir istiqamətdir. Qarşımıza çıxan hər şansdan istifadə edə bilmirik. Məsələn, xəritə mənə göstərir ki, bu gün iş təklifi gələcək. Doğurdan da, gəlir, amma gedirəm, ya maaş az olur, ya kollektiv qane etmir. Bu yaxınlarda canlı yayımda biri mənə yazdı ki, demişdiniz əkizlər bürcünə bu gün pul gələcək, gəlmədi. Soruşdum ki, neylədiniz, dedi ki, evdə oturmuşdum. Belə yanaşma artıq cahil yanaşmadır. Heç olmasa, hərəkət et. Astrologiya alın yazısı, mütləq həqiqət, Quran ayəsi deyil.

- Niyə astrologiya elmi Azərbaycanda kifayət qədər inkişaf etməyib?

- Təkcə Azərbaycanda deyil, çox yerdə inkişaf etməyib. Həm də bu, zadəgan elmidir. Dövlət strukturlarında görmüşəm ki, ziyalılar akademik şəkildə bilirlər. Sovet dövründə partiya məktəbi deyirdilər, orada olan mütəxəssislər, uzun müddət vəzifələrdə olanlar bizə Rus dilində astrologiyanın mahiyyəti haqqında kifayət qədər məlumat verirdilər. Bizə cinayətkarı bilmək üçün istifadə edirdilər. Bəzən görürsünüz ki, hadisənin vaxtını biləndə onu araşdırıb tapmaq daha asan olur. Bir növ başvermə məqamının quruluşunu öyrənmək üçün bizə tədris olunurdu. Amma kütləviləşəndə artıq etibarını itirir. Mən bir az avestaşünaslıqla da məşğulam. Kitabda yazılır ki, quraqlıq olanda bir dua var, onu oxuyanda yağış yağır. Deyir, elə oldu ki, kimsə Çinə gedir, istəmir yağış yağsın. Dua oxuyur ki, yağmasın. Gah elə oxudular, gah belə, artıq göylərin balansı pozuldu, dualar keçərli olmadı. İndi də ona bənzərdir. Həm də astrologiyaya haradan yanaşmaqdan asılıdır. Qapıdan və zirzəmidən girmək arasında fərq var. Gözəl yerdən girəndə daha yaxşı olar.

- Yanılmıramsa, bəzi politoloqlar sizin proqnozlarınızı "süngü" ilə qarşılayırlar. Bu, nədən irəli gəlir?

- Bu dediyiniz 90-ların ortalarında və sonlarında idi. Yəqin ki, siyasi proqnozdan danışırsınız. Mən 94-cü ildən hər il 25 ictimai-siyasi proqnoz verirəm. Yalnız bir dəfə 4-ü səhv çıxıb. İki dəfə də olub ki, 25-in hamısı düz çıxıb. Siyasi şərh verənlər, politoloqlar da hansısa hadisəyə münasibət bildirir, mən də öz proqnozlarımda deyirəm. Əvvəl məni bilmirdilər, bu elmə o qədər də vaqif deyildilər. Siz dediyiniz eynən olurdu, daha betərləri də olurdu. Deyirdilər ki, gör nə günə qalmışıq ki, bürclərlə siyasəti təyin edirik. Amma indi o siyasilərdən bir də soruşun, görün, nə deyəcəklər. Baxış dəyişib. Hər şey məntiqə və nəticəyə əsaslanır. Ortada nəticə olandan sonra nə demək olar?

- "Yaşıl ilan" ili necə ildir?

- İlin əvvəlində həm siyasi, həm də astroloji proqnozlar vermişdim. Bundan öncə "Əjdaha ili" gəldi. Min illərdir, deyirlər ki, əjdahanın dağıtdığı düzəni ilan tənzimləməyə başlayır. Amma ilin birinci yarısında o proses davam edir. Yavaş-yavaş hiss edirsən ki, atəşkəsə gedəcəklər. Ən azından şifahi şəkildə razılıq var. İlin ikinci yarısı, qarşıda duran iyun ayı ilin ən gözəl, ən yaxşı ilk aydır. Azərbaycana dünya gərginliyinin i qədər aidiyyəti yoxdur. Bizdə tərəqqi, inkişaf var, davamlı da olacaq. Hər gün soruşurlar ki, Ermənistan Azərbaycana hücuma hazırlaşır. Bu şeylərlə insanların başını qatırlar, gərginləşdirirlər. Əsgər anaları narahat olur. Azərbaycanla Ermənistan arasında yaxın 10 il ərzində heç bir müharibə olmayacaq. Yəqin, bir az da sensasiya yaradıb baxış sayı yaratmaq üçün edirlər. İnsanların təlaşını nəzərə almaq lazımdır.

- "Yaşıl ilan" ili insanlarda hansı əlamətləri üzə çıxaracaq?

- "İlan ili" zamanın nəbzini tutan, müdrik, hadisələri daha yaxşı analiz edən, ətrafını sağlam şəkildə formalaşdıran adamların qalib gəldiyi ildir. Bu il daha çox onun şahidi oluruq.

- 2025-ci il hansı bürclər üçün uğurlu olacaq?

- Astrologiyada elə şey yoxdur. İnsanlar istəyir ki, ancaq primitiv şəkildə deyilsin. Düzdür, mən elmi sözlər işlətməməyə çalışıram, sadə dildə danışmağa çalışıram ki, ucqarda olan da anlasın. Qətiyyən, jarqonlara üstünlük vermirəm. İlin bizə verdiyi öhdəliklər var. Bürcündən asılı olmayaraq onu müvafiq şəkildə kim idarə edə bilsə, o da qalib gəlir. Bəzən aylıq proqnozlarda deyirlər ki, bu ay üç bürc milyoner olacaq. Bunlar doğru deyil. Məndə belə şeylər yoxdur. Ona görə şou-proqramlarda, qalmaqallarda məni heç vaxt görməzsiniz. "Yaşıl ilan" ili bizdən dürüst davranış və bacardığın işlə məşğul olmağı tələb edir. Hər kəs öz yerində olsa, bacardığı işlə məşğul olsa, bu adamlar qazanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri