Icma.az
close
up
RU
Ən faydalı çörək hansıdır?

Ən faydalı çörək hansıdır?

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir.

Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun bir yol keçir. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qida rejimi və rasionda tutduğu yerlə əlaqədar ən müxtəlif fikirlər var. Naturopatların demək olar ki, hamısı və həkimlərin bir qrupu çörəkdən, xüsusilə ağ çörəkdən imtina etməyi məsləhət görür və hətta ağ rəngdə olan çörək, şəkər və duzu "ağ zəhər" adlandırırlar. Alim və həkimlərin bir qrupu çörəkdən imtina etməyi düzgün saymır. Təbii qidalanmaya üstünlük verənlər bunun əvəzinə buğda cücərti, yaxud kəpəkli un məmulatları yeməyi məsləhət görürlər.

Saglamolun.Az AZƏRTAC-a istinadən bildirir ki, bəs "qızıl orta" haradadır? Kimin dediyinə inanıb, fikrinə üstünlük vermək lazımdır? Əlbəttə, ilk baxışda asan görünən bu suala birmənalı cavab vermək çox çətindir.

Tahir Əmiraslanov (Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov): - Ağ unun tərkibində həyat üçün lazım olan elementlər yoxdur, ona görə kəpəkli undan bişirilmiş çörəyə üstünlük verilməlidir. Xəşil, xəngəl və digər xörəklərin də həmin undan bişirilməsi daha faydalıdır.

Leyla Zülfüqarlı (Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu): - Alman texnologiyası ilə və ya türk resepti əsasında hazırlanan kəpəkli çörək yeyilməlidir. Lakin çörək monotərkibə malik olmalıdır, onun hazırlanması zamanı taxıl məhsulundan hazırlanmış un, su, duz və mayadan ibarət olmalıdır.

Ləman Süleymanova (həkim-diyetoloq):- İnsan orqanizminin həm ağ, həm də qara çörəyə ehtiyacı var. Lakin ağ çörəyi çox bişmiş və isti halda yemək mədə-bağırsaq xəstəliyinə səbəb olur, onu bir qədər boyatıyandan sonra yemək daha yaxşıdır. Xüsusilə səhər və günorta kəpəkli çörək yeyilməlidir, axşamlar çörək yeyilməsi həzm prosesini ləngidir.

Fizuli Hüseynov (həkim-fitoterapevt): - Ağ undan bişirilən çörəyin tərkibində karbohidratlar qara unda olandan dörd dəfə çox olduğuna görə sorulma prosesi də ləng gedir. Çörək nə qədər ağ və yumşaqdırsa, onun tərkibində qlütenin miqdarı da o qədər çoxdur, bu isə bağırsaq divarını iltihablaşdırır. Xüsusilə buğda, arpa, yulaf və çovdarın tərkibində həmin maddə çox olur. Ən yaxşısı, darı unundan hazırlanan lavaşla qidalanmaqdır.

100 qram ağ çörək 249, 30 qram Borodin çörəyi 208, 100 qram baton çörək 235, 100 qram dənli çörək 228, 100 qram zavod çörəyi 245, 100 qram təndir çörəyi 330, 100 qram kəpəkli çörək 150, 30 qram lavaş 100, 30 qram qozlu çörək 350, 100 qram südlü çörək 350 kaloriyə bərabərdir.

Xarici ölkələrə səfər zamanı tamamilə əks mənzərə ilə üzləşirik. Yemək zamanı çörəkdən çox az və çox cüzi istifadə olunur, qida zamanı salat və delikateslərə üstünlük verilir.

Bizdə isə hər gün mağazalardan zənbil-zənbil çörək alındığını, mərasim və məclislərdə nə qədər çörəyin israf olunduğunu görürük. Görünür, elə bu cür qidalanmanın nəticəsidir ki, ölkədə şişmanlıqdan və artıq çəkidən əziyyət çəkənlərin sayı ildən-ilə artır. Nə nəfsimizə hakim kəsilib çörəkdən imtina edə, nə də onun qədərini azalda bilirik.

Əslində heç bir həkim, diyetoloq və kulinar çörəyin birdəfəlik rasiondan çıxarılmasını təkid etmir, bunu iddia etmək heç düzgün də deyil. Orqanizm üçün çox zəruri olan bir sıra fermentlər var ki, həkimlər onun məhz çörəyin tərkibində olduğunu söyləyirlər. Lakin qida zamanı əsas ağırlığı da çörəyin üzərinə salmaq düzgün deyil. İlk növbədə, qara undan bişirilən kəpəkli çörəklə qidalanmaq, özü də minimum miqdarda qəbul etmək lazımdır. Farslar demiş, kəm-kəm buxuru, həmişə buxuru. Yəni, az-az ye, həmişə ye...

Çörəyin çox yeyilməsi də əksər hallarda xəstəliklərə səbəb olur, şişmanlıq, piylənmə, artıq çəki, həzm, mədə-bağırsaq sisteminin işində problemlər yaradır. Söhbət heç də bütün nemətlərin şahı hesab edilən çörəkdən imtina etməkdən və menyudan çıxarmaqdan yox, onu qədərində yeməkdən gedir.

Necə deyərlər, qədərini bilməyən qədrini, qədrini bilməyən qədərini bilməz...

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri