Icma.az
close
up
RU
Ən narsist ölkələr bəlli oldu: Siyahının zirvəsi hər kəsi təəccübləndirdi

Ən narsist ölkələr bəlli oldu: Siyahının zirvəsi hər kəsi təəccübləndirdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özünü bəyənmə, təqdir olunma istəyi və bitib-tükənməyən təsdiqlənmə ehtiyacı... Adını yunan mifologiyasında öz əksinə vurulan Narkissosdan alan narsisizm artıq yalnız fərdi şəxsiyyət xüsusiyyəti kimi deyil, cəmiyyətlərin davranış kodlarını açan genişmiqyaslı elmi araşdırmanın mövzusu kimi gündəmdədir.

Qaynarinfo xəbər verir ki, Miçiqan Universiteti tərəfindən aparılan və 53 ölkədən 45 mindən çox insanın iştirak etdiyi araşdırma, narsisizmin dünya üzrə yayılma xəritəsini hazırlayıb. Nəticələr isə olduqca təəccüblüdür. Çünki uzun illər narsisizmin mərkəzi kimi görülən Amerika Birləşmiş Ştatları siyahının ilk onluğuna belə düşməyib. Tədqiqat göstərir ki, narsisizm yalnız fərdi seçim deyil, ölkələrin iqtisadi gücü və mədəni quruluşu ilə də birbaşa əlaqəlidir.

İnsanların özlərini cəmiyyət iyerarxiyasında necə gördüklərini və rəqiblərinə qarşı münasibətlərini ölçən araşdırmaya əsasən, Almaniya, İraq və Çin narsisizm səviyyəsinin ən yüksək olduğu ilk üç ölkədir. Bu ölkələri Nepal və Cənubi Koreya izləyir. Siyahının sonunda, yəni narsisizmin ən zəif müşahidə edildiyi ölkələr arasında isə Serbiya, İrlandiya və Britaniya yer alır. ABŞ bu siyahıda 16-cı pillədə qərarlaşıb.

Məlumatlar göstərir ki, bir ölkənin ümumi daxili məhsulu artdıqca, yəni cəmiyyət zənginləşdikcə, narsisizm meyilləri də yüksəlir. Lakin zənginlik yeganə amil deyil. Tədqiqatçılar "toplumçu” (kollektivist) mədəniyyətlərin də narsisizmi qidalandıra biləcəyini müəyyən ediblər. Adətən qrup harmoniyasına önəm verən bu cəmiyyətlərdə fərdi uğur bəzən qrupun nüfuzunu artırmaq vasitəsi kimi ön plana çıxarılır və bu da narsisistik xüsusiyyətləri gücləndirən faktora çevrilir.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri narsisizmin yaş və cinsiyyətlə bağlı dəyişməz təsiridir. Ölkədən və mədəniyyətdən asılı olmayaraq, kişilərin qadınlarla müqayisədə daha yüksək narsisistik meyllər nümayiş etdirdiyi müşahidə olunub. Mütəxəssislər bunu kişilərin sosial həyatda daha təşəbbüskar və rəqabətcil olmağa təşviq edilməsi, qadınların isə daha çox uyğunlaşan və münasibət quran rollarla əlaqələndirilməsi ilə izah edirlər.

Lakin ən "universal” nəticə yaş amili ilə bağlıdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq, gənclər yaşlı nəsillə müqayisədə daha narsisistik xüsusiyyətlər göstərir.

Araşdırmanın müəlliflərindən biri olan dosent Uilyam Çopik bu vəziyyəti həyat təcrübəsinin korroziyaedici təsiri ilə əlaqələndirir. Onun sözlərinə görə, gənclər demək olar ki, hər yerdə özlərinə daha çox fokuslanır və özlərini olduqlarından daha üstün hesab edirlər. İllər keçdikcə həyat insanı daha təvazökar edir və bu proses dünyanın hər yerində oxşar şəkildə baş verir.

Nəticə etibarilə, narsisizm təkcə mədəni fenomen deyil, eyni zamanda insanın bioloji və sosial inkişafının bir parçası kimi ortaya çıxır. Cəmiyyətin toplumçu və ya fərdiyyətçi olmasından asılı olmayaraq, narsisizmin insan təbiətinin universal bir kölgəsi olduğu və həyat təcrübələri ilə zamanla formalaşdığı bir daha təsdiqlənib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri