Ağdərənin Aşağı Oratağ kəndində 100 ev bərpa olunaraq istifadəyə verilib FOTO
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Jurnalistlərin Ağdərə rayonuna media-turu başlayıb.
APA-nın yerli bürosu xəbərə verir ki, jurnalistlər ilk olaraq rayonun Aşağı Oratağ kəndində olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, kəndə ümumilikdə 308 fərdi ev var:
“Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev bərpa olunaraq istifadəyə verilib, il ərzində əlavə 60 evin əsaslı təmir və bərpası planlaşdırılır. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb”.
O, həmçinin infrastrukturla bağlı ətraflı məlumat verib:
"Kənddə iki transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, 560 kubmetrlik su anbarları təmizlənib, subartezian quyusu təmir olunub. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub, sakinlərin istirahəti üçün park salınıb və futbol meydançası yaradılıb".
Qeyd edək ki, Aşağı Oratağ 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Yanvar 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















