Icma.az
close
up
RU
“Ən tələbatlı müğənni də olsa, mənim üçün bozbaşdır” Tolikdən qalmaqallı açıqlama

“Ən tələbatlı müğənni də olsa, mənim üçün bozbaşdır” Tolikdən qalmaqallı açıqlama

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşdığı sərt fikirlərlə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinin müxtəlif mövzularla bağlı paylaşım etdiyi platformalarda daim eyni müğənnilərin adlarını yazmasından narazılıq edib.

“Mən harada bir fikir yazsam, rəyimin altına 1-2 lazımsız və səviyyəsiz müğənninin adını yazırlar. Həmin müğənnilərə qızıldan paltar da tiksən, çuşkalıq onların canındadır. ‘DreamFest’dən danışıram, ya hansısa qlobal məsələyə münasibət bildirirəm, gətirib həmin şəxsin adını qeyd edirsiniz. Nəyi göstərməyə çalışırsınız? Artıq bezmişəm. Vallah, sizin müğənniniz dünyanın ən tələbatlı ifaçısı belə olsa, mənim gözümdə bozbaşdırsa, deməli bozbaşdır". pizza

Aparıcı əlavə edib ki, onun proqramına müxtəlif kateqoriyadan qonaqlar dəvət olunsa da, bu onların onun üçün dəyərli olduqları anlamına gəlmir:

“Bəli, mən aparıcıyam. Verilişim ‘Tarixin bir günü’dür. Musiqili, əyləncəli formatdadır. İctimai TV-də incəsənət və mədəniyyət verilişi aparmıram. Xalq artistindən tutmuş TikTok-da tanınanlara qədər verilişimə qonaq gəlir. Amma bu, onların mənim üçün önəmli olduqları demək deyil”.

Tolik bəzi sənətçiləri dövlət tədbirlərində iştirak etmədiklərinə görə bayağı adlandırıb:

“Bir şeyi anlayın: sizin təriflədiyiniz müğənni dövlət səviyyəsində tanınmır, rəsmi tədbirlərdə iştirak etmirsə, deməli, o, bayağıdır. Əvəzolunmaz deyil. Nə qədər mahnı oxusalar da, tutuzdura bilmirlər”.

O, özünün müstəqil mövqe sərgilədiyini də xüsusi vurğulayıb:

“Heç kimin tərəfini saxlamıram. Lazım olanda istənilən müğənnini tənqid edirəm. Heç kimin vəkili deyiləm. Kimsə düşünürsə ki, ona heç nə deyə bilmərəm, yanılır. Elə bir müğənni yoxdur Azərbaycanda. Statusundan asılı olmayaraq, istədiyim şəxs haqqında fikrimi bildirə bilərəm. Siz kimisə sevirsinizsə, mən sevmək məcburiyyətində deyiləm”.

Sonda isə prodüser, bəzi xanım sənətçilərin ünvanına da sərt mesaj göndərib:

“Nigar haqqında da, Fərqanə xanım haqqında da fikirlərimi bildirə bilərəm. Fərqanə xanımın da nə sözü varsa, efirə çıxıb ‘muğam oxuyuram’ adı ilə anqıran ifaçılara desin. O ifaçılar kimin yanında dərs alsalar da, bozbaş qoxusu onların canından çıxan deyil”.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyul 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri