Icma.az
close
up
RU
Əncir ağacının kölgəsində Şahanə Müşfiq yazır

Əncir ağacının kölgəsində Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahanə MÜŞFİQ

Bəzən bir səs gəlir... Qapını döymür, qəlbi döyür. Öz dilində danışmır, sənin hisslərini alır qəlbinin ən dərinliklərindən. Heç fərqinə varmadan o səsin içində özünü axtarmağa başlayırsan. Harada itirdiyini bilmədiyin hisslərini, nə vaxt itirdiyini xatırlamadığın sükutunu. Sənsə bu səsin dalınca düşür, ruhunun harasında dayandığını anlamağa çalışırsan.

Bəzən bir musiqi başlayır və sən bilirsən ki, indi danışmaq yox, dinləmək vaxtıdır. Amma bu dinləmək yalnız qulaqla deyil - içlə, yaddaşla, keçmişlə, çoxdan unudulmuş xatirələrin pıçıltısıyla baş verir. "Hastane Önünde İncir Ağacı" ("Xəstəxana önündə əncir ağacı") məhz belə bir səsdir. Bu, sadəcə bir musiqi deyil, qəlbin qaranlıq otaqlarına açılan səsli bir qapıdır. Bəli, bu türkü bəzən dərddən qaçmaq deyil, onunla eyni masada oturmaq, çiyin-çiyinə susmaq kimidir.

İlk səsdən etibarən içində bir tanışlıq yaranır - haradasa eşitdiyin bir səs, haradasa yaşadığın bir duyğudur bu. Bəlkə də o duyğunu heç vaxt tam yaşamamısan, amma yenə də hiss etmisən. Bu, türkülərin sehridir: hamıya aid olmayan bir hissi elə danışır ki, sanki hamının dilidir, hamının hekayəsidir.

Türk xalqının öz dərdini danışmaq üsuludur türkülər. Eşq, qürbət, həsrət, ayrılıq, ölüm... hamısı musiqinin incə, qəlb sızladan nəfəsiylə can tapır. "Hastane Önünde İncir Ağacı" xalq türküsü məhz belə bir nəfəsdir. Bu, təkcə musiqi deyil, həm də bir fəryaddır. Nəğmə deyil, dirilər arasındakı ölünün söylədiyi vida məktubudur. Burada sözlər oxunmur, deyilir. Musiqi çalınmır, ürəkdən qopur. Əsl söz isə... sonda sükutla deyilir. Adama danışmağı yox, susmağı öyrədir. Elə bir susqunluq ki, hər kəsin içində gizlədiyi, dilləndirsə, muncuq kimi sökülüb ətrafa səpələnəcək o dərdi oyadır. Bu, türkü deyil, dərinləşən bir nəfəsdir - gözlə görünmür, amma hər dəfə dinlədikcə nəfəsini yarı yolda qoyur.

Hastane önünde incir ağacı

Annem ağacı

Doktor bulamadı bana ilacı

Annem ilacı...

Burada nə xəstəxana təsadüfidir, nə də ağac. Xəstəxana çarəsizlik, son dayanacaq, taleyin dəyişmədiyi bir yerdir. İncir ağacı isə folklor və mifologiyada həm həyat, həm ölüm, həm də sirr daşıyan simvollardan hesab olunur. Bu türküdə isə o, artıq həyatın deyil, ölümü gözləyənin kölgəsinə sığındığı bir ağacdır. Bəlkə də bu ağacın kölgəsi insanı qaranlığa aparmır, əksinə, içindəki qaranlığı səssizcə qucaqlayır.

Haqqında danışdığım türkü sənə "ağla" demir. Amma sən özün istəmədən biixtiyar ağlayırsan. Çünki bu musiqi "ölüm"dən danışır, amma "ümidsizlik" vermir. Hətta ən kədərli anlarında belə insanın qəlbində qəribə bir yaşamaq ehtiyacı oyadır. Düşünürsən: bir insan bu qədər dərdi yaşayıb sözə çevirə bilibsə, deməli, dərddən keçib ömrə çatan bir yol var. Musiqi isə bəzən o yolun özüdür.

Türkü səni əlindən tutub uşaqlıq illərinin - ən qayğısız zamanlarının keçdiyi o tanış küçəyə aparır. Yay axşamlarında açıq pəncərədən gələn səsə, qapılarının önündə oturub çay içə-içə söhbətləşən insanların əhvalına, qonşulardan ən "gözüaçığının" tənginəfəs gəlib "filankəsin nənəsi rəhmətə gedib" dediyi günə... Yəni bu türkü təkcə dərd deyil, keçmişdir. Dəyər verdiyin, amma indi əlinin yetmədiyi hər şeyin ümumi sədasıdır.

Nə qəribədir - bu qədər kədərin içində ağır bir gözəllik var. Bir incəlik, bir yavaşlıq. Sanki həyatın o tələsik günlərində "dayan bir az" deyən köhnə dost kimidir bu türkü. Səni müasirliyin içindən çəkib çıxarır və bir anlığa yavaşladır. Nəfəs dərmək üçün yaranmış o fürsətdə isə sən özünü tanımaq şansı əldə edirsən. Haralardan gəldiyini, kimlərə borclu olduğunu, hansı hissləri basdırdığını görürsən o nəhəng və şəffaf aynada...

Türkünü dinlədikcə hiss edirsən ki, hamımızın içində bir incir ağacı var. Kimimizin kölgəsində oturmaq istədiyi, kimimizin hələ kök salmasına icazə vermədiyi. O ağac həm xatirədir, həm sükut, həm də hər şeyə və hər kəsə rəğmən davam etmə səbəbi.

Sonda türkü bitir, səs kəsilir. Amma sən də bir az dəyişmisən. Qəlbinin içində nəsə yumşalıb. Tələsmirsən artıq. Özünə bir az daha anlayışlısan. Bilirsən ki, hər şey keçib gedir - dərd də, sevinc də. Amma bəzi səslər əbədi qalır. Bəzi türkülər susmur. İncir ağacı həmişə eyni yerdə dayanır. Kökü torpaqda, budağı göydə. Elə bizim özümüz kimi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri