Icma.az
close
up
RU
Əncirlə müalicə. Faydalı reseptlər

Əncirlə müalicə. Faydalı reseptlər

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Əncirin müalicəvi xüsusiyyətləri insanlara ta qədimdən məlumdur.

Keçmişdə ənciri müxtəlif yaralar, xoralar, irinliklər zamanı müalicəvi vasitə kimi geniş istifadə edirdilər. Əncirin köməyi ilə zəhərlənmə, kişilərdə cinsi zəiflik, iltihablar müalicə olunurdu. Dahi İbn Sina (Avisenna) meyvəni yaşlı insanlar və uşaqlar üçün xüsusilə xeyirli hesab edirdi.

Müasir zamanlarda da əncir xalq təbabətində geniş istifadə olunur.

- Əncir köməkçi müalicəvi vasitə kimi öskürək, bronxit, traxeit, laringit zamanı istifadə olunur. Süddə bişirilmiş əncir sınanmış bəlğəmgətirici və iltihabəleyhinə vasitədir.

Bu təbii vasitəni hazırlamaq üçün 1 stəkan süd qaynadılır. 2-3 təzə əncir blenderdən keçirilir, qaynar südə salınır və 2-3 dəqiqə ərzində vam odda qapağı kip bağlı qabda qaynadılır. Daha sonra süd soyudulur və gün ərzində 4 dəfə olmaqla ilıq şəkildə qəbul olunur. Təzə əncir olmadıqda, qurudulmuş əncirdən istifadə etmək olar.

- Saglamolun.az xəbər verir ki, əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədici vasitədir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün 2-3 təzə və ya quru əncir yeməlidir.

Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii dərmandan istifadə edə bilərlər. 100 qr qurudulmuş əncir və 100 qr kişmiş blenderdən keçirilir, 1/2 çay qaşığı zəncəfil tozu əlavə olunur, yaxşı qarıdırılır. Alınmış kütlədən kiçik "kolbasa" düzəldirik və 1 sm qalınlığında tikələrə kəsirik. Hazır dərmanı süşə bankada sərin yerdə saxlayın. Gün ərzində bir neçə belə "həb" yeyin. Bu vasitə həm bağırsaqları işlədir, həm də onları çox yaxşı təmizləyir.

- Əncir ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsini möhkəmləndirir, hipertoniyanın inkişafının qarşısını alır, damarları təmizləyir, qanı duruldur, qanın tərkibini yaxşılaşdırır, trombların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən həm xaql təbabəti, həm də ənənəvi təbabət ürək xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası üçün hər gün əncir yeməyi tövsiyə edir.

Ürək xəstəliklərinin profilaktikası üçün bu kimi təbii müalicəvi vasitə hazırlamaq olar. 100 qr quru əncir, 100 qr ərik qurusu, 100 qr qara kişmiş, 100 qr qoz, 1 limon (qabıqlı) blenderdən keçirilir, 200 qr bal əlavə olunur və yaxşı qarışdırılır. Bu dadlı dərmanı gündə 1 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.

- Təzə əncir yanıqlar zamanı dərinin daha tez bərpa olunması üçün istifadə olunur. Əncir soyulur, əzilir və yanmış sahələrə qoyulur.

- Əncir xəstəliklər nəticəsində zəifləmiş, cərrahi əməliyyat keçirmiş insanlar üçün çox faydalıdır. Əncir insan orqanizminin tez bərpasına kömək edir.

- Belə hesab olunur ki, əncir xərçəngəleyhinə təsir edir. Xərçəng xəstəliyin profilaktikası üçün tez-tez əncir yemək lazımdır.

- Əncir kosmetologiyada kosmetik maskalar tərkibində geniş istifadə olunur. Belə maskalar üz dərisini cavanlaşdırır, daha təravətli və elastik edir.

- Əncir yarpaqları da çox effektli müalicəvi vasitədir. Əncir yarpaqları yığılır, yuyulur, blenderdə əzilir və alınmış kütlə çibanlar, irinliklər üzərinə qoyulur.

- Əncir yarpaqlarının dəmləməsi angina və stomatit zamanı qaraqara kimi istifadə olunur. 2 xörək qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda 30 dəqiqə ərində dəmlənilir, süzülür və alınmış dəmləmə qaraqara üçün istifadə olunur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri