Icma.az
close
up
RU
Enerji içkiləri gəncləri belə “zəhərləyir” Ekspert dəhşətli detalları AÇIQLADI

Enerji içkiləri gəncləri belə “zəhərləyir” Ekspert dəhşətli detalları AÇIQLADI

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu qədər maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, enerji içkiləri yeniyetmə və gənclər arasında geniş yayılıb. Reklamlarda elə göstərilir ki, guya bu içkilər yorğunluğu aradan qaldırır, diqqəti artırır və güclü enerji verir. Bu içkilərin tərkibindəki maddələr qısa müddətli oyanıqlıq yaradır və uzunmüddət qəbul edildikdə orqanizmdə ciddi fəsadlar törədir”.
Bunu Demokrat.az-a açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Asim Vəli deyib. O bildirib ki, enerji içkilərinin əsas tərkib hissələri kofein, şəkər, taurin, qlükuronolakton, B qrupu vitaminləri və bəzi hallarda bitki ekstraktlarıdır.

“Kofein mərkəzi sinir sistemini stimullaşdıran bir maddədir, beyində yuxu siqnallarını bloklayır. Beləliklə də, süni oyaq qalmağımıza səbəb olur. Şəkər isə yüksək miqdarda enerji verir. Amma qanda qlükozanın ani qalxması və sonra sürətlə enməsi nəticəsində süstlük və əsəbilik yaradır.
Taurin və digər əlavələr isə ürək fəaliyyətini sürətləndirir, qan təzyiqini müvəqqəti artırır. Bu maddələrin birləşməsi orqanizmdə süni enerji effekti yaradır. Bu hal orqanizmin təbii balansını pozur.
Həmçinin enerji içkiləri ürək döyüntüsünü və qan təzyiqini artırır. Kofeinin yüksək miqdarı damarların daralmasına, ürək ritminin pozulmasına və bəzi hallarda ürək döyüntüsünün sürətlənməsinə gətirib çıxarır. Gənclərdə əksəriyyətlə immunitet güclü olduğundan bu təsir bəzən hiss olunmur. Amma uzunmüddətli istifadə ürək əzələsinin yüklənməsinə, hətta aritmiya və insult riskinin artmasına gətirib çıxara bilər. Xüsusilə idmanla məşğul olan şəxslər üçün bu içkilərin istifadəsi təhlükəlidir. Fiziki gərginliklə birlikdə kofein və taurin orqanizmin su-duz balansını pozur və ürək fəaliyyətini zədələyir”.
Ekspert əlavə edib ki, bu içkilər həm də orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyi üçün qaraciyər və böyrəklərə əlavə yük yaradır:
“Davamlı istifadə zamanı şəkərin və süni əlavələrin çoxluğu qaraciyərdə yağ yığılmasına, detoks funksiyasının zəifləməsinə səbəb olur. Böyrəklər isə orqanizmdən artıq kofeini və digər kimyəvi maddələri atmağa çalışarkən çoxlu su itirir.
Enerji içkiləri mədə turşusunun ifrazını artırdığı üçün qastrit və mədə xorasının riskini yüksəldir. Kofeinlə birlikdə yüksək şəkər tərkibi bağırsaq mikroflorasını dəyişir və qida həzmini pozur. Bu səbəbdən uzun müddət istifadə edənlərdə mədə yanması, ürəkbulanma və iştahasızlıq halları tez-tez rast gəlinir.
Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
Yeniyetmələrin orqanizmi bu maddələri tam emal edə bilmədiyi üçün sinir sistemində və ürək fəaliyyətində pozuntular daha tez baş verir. Uzunmüddətli istifadə gənclərdə yuxu rejimini pozur, təhsil nəticələrini zəiflədir və psixoloji asılılıq yaradır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri