Icma.az
close
up
RU
Enerji içkiləri qan xərçənginə səbəb olur? “Taurin gənclərin inkişafını zəiflədir”

Enerji içkiləri qan xərçənginə səbəb olur? “Taurin gənclərin inkişafını zəiflədir”

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Son dövrlərdə ABŞ-də aparılan bəzi tədqiqatlarda taurin adlanan maddənin leykoz (qan xərçəngi) və digər hematoloji xəstəliklərlə mümkün əlaqəsinin olmasına dair elmi şübhələr yaranıb. Taurin maddəsi enerji içkilərinin tərkibində yüksək miqdarda olur. Belə içkilərin 99,9%-nin tərkibində taurin olduğu bildirilir.
Lakin bu iddiaların hələ ki, elmi baxımdan tam təsdiqlənmədiyi, yalnız fərziyyələr üzərində qurulduğu qeyd olunur. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Tibb üzrə fəlsəfə doktoru, həkim Fərid Musəyyibov bildirib ki, xərçəngin yaranmasında müxtəlif faktorlar, yəni genetik meyllilik, hormonal disbalans, siqaret, spirtli içkilər, artıq çəki, hətta ağır stress və ya travmalar da rol oynaya bilər:


“Xərçəngin tam olaraq necə yarandığı bu günə qədər dəqiq məlum deyil. Əlbəttə, risk faktorları var: genetik meyillilik, hormonal disbalans, artıq çəki, siqaret, spirtli içki istifadəsi və s. Amma heç bir halda bir maddəni tam və birbaşa səbəb kimi göstərmək düzgün deyil. Bəzən hətta psixoloji travmalar, qorxu və ya ciddi stress faktorları da xərçəngin yaranması riskini artırır”.


Həkim qeyd edir ki, əgər taurin qəbul ediləcəksə, bu, təhlükəsiz dozalarda və təbii mənbələrdən olmalıdır:


“Taurin onsuz da bizim bədənimizdə var. Biz onu ətdən, balıqdan, yumurtadan, süd məhsullarından alırıq. Yəni, bu maddə zərərli deyil. Amma məsələ odur ki, insanlar bu maddəni təbii şəkildə deyil, süni formada, xüsusilə də enerji içkiləri ilə aldıqları zaman miqdar çoxalır və orqanizmə ziyan verə bilər”.


F.Musəyyibov bildirir ki, əsas problem taurinin özü ilə deyil, onun hansı formada və hansı kontekstdə qəbul edilməsidir: 


“Enerji içkilərində yalnız taurin olmur, bunlar həm də yüksək miqdarda kafein, şəkər, sintetik ətirvericilər və digər stimulyatorlarla zəngindir. Bu komponentlər birlikdə istifadə olunanda, xüsusən gənc və inkişafda olan orqanizm üçün təhlükə yarada bilər”.


Hematoloq N.Məmmədova da taurinin bioloji funksiyalarını təsdiqləyərək qeyd edib ki, bu maddə antioksidant xüsusiyyətə malikdir və hüceyrə səviyyəsində müdafiə funksiyası yerinə yetirir. Lakin sintetik və yüksək dozada qəbul edilən taurin sağlamlıq üçün potensial təhlükə daşıyır:


“Gündə 3000 mq-dək taurin təhlükəsiz hesab olunur. Amma enerji içkiləri ilə bu dozanı keçmək mümkündür. Bu zaman ürək ritmi pozğunluğu, mədə-bağırsaq problemləri, yuxusuzluq və psixoloji narahatlıqlar yarana bilər”.


Bir çox ölkələrdə bu səbəbdən gənclər arasında enerji içkilərinin satışı məhdudlaşdırılıb və ya xüsusi yaş həddi tətbiq edilib. Mütəxəssislər isə oxşar tədbirlərin Azərbaycanda da tətbiqini vacib sayırlar.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri