Icma.az
close
up
RU
Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş

Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş

Icma.az bildirir, Milli.az portalına istinadən.

Tayvanlı alimlərin apardığı araşdırmaya görə benzoad natriya adlı qida konservantı Alzheimer xəstəliyinə qarşı təsirli ola bilər.

Milli.Az xəbər verir ki, nəticələr "Translational Psychiatry" jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, benzoad natriya həmçinin darçının metaboliti hesab olunur və orqanizmdə Alzheimerlə əlaqəli zülalların səviyyəsini azalda bilir. Xüsusilə də qanda amiloid-beta 1-42 göstəricisi yüksək olan pasiyentlərdə zehni fəaliyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı müşahidə olunub.

Xatırladaq ki, Alzheimer xəstəliyi yaddaş itkisi və idrak qabiliyyətlərinin zəifləməsi ilə müşayiət olunan proqressiv neyrodegenerativ pozğunluqdur. Bu xəstəliyin əsas səbəblərindən biri beyin hüceyrələrinə zərər verən amiloid peptidlərinin toplanması hesab olunur. Mövcud müalicə üsulları bu zülalları bədəndən xaric edə bilir, lakin bahalıdır, venadaxili tətbiq olunur və beyin ödemi, qanaxma kimi ciddi fəsadlara səbəb ola bilər.

Araşdırmada 50-100 yaş aralığında olan 149 Alzheimer xəstəsi iştirak edib. Onlara 24 həftə ərzində müxtəlif dozada benzoad natriya və ya plasebo verilib. Həm idrak qabiliyyətləri, həm də qandakı amiloid səviyyələri mütəmadi olaraq izlənilib.

Məlum olub ki, Benzoad natriya həm təhlükəsiz, həm də istifadəsi rahat olan müalicə variantı kimi diqqət çəkir. O, amiloid zülallarını azaldaraq idrak qabiliyyətlərinin qorunmasına kömək edə bilər.

Ən yaxşı nəticələr gündə 750 və ya 1000 mq preparat qəbul edən pasiyentlərdə qeydə alınıb. Onlarda amiloid-beta 1-40 və ümumi amiloid zülallarının səviyyəsi azalıb. Amiloid-beta 1-42 göstəricisi yüksək olan şəxslərdə isə idrak funksiyalarında daha güclü irəliləyiş müşahidə olunub.

Qeyd edək ki, benzoad natriya daha çox qazlı içkilərdə, meyvə şirələrində və nektarlarda,  ketçup, mayonez və soya kimi müxtəlif souslarda, həmçinin mürəbbə, cem, kompot və konservləşdirilmiş tərəvəzlərdə istifadə olunur. Bununla yanaşı, jelə tipli şirniyyatlarda, hazır desertlərdə, enerji içkilərində və turş dadlı məhsullarda da rast gəlinir.

Lakin, yüksək temperatur və C vitamini ilə qarşılıqlı təsirdə benzoad natriya zərərli hesab edilən benzol maddəsinə çevrilə bilər. Buna görə də bir çox ölkələrdə onun istifadəsinə sərt normativ məhdudiyyətlər qoyulub.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri