Icma.az
close
up
RU
Gənclər arasında tütün və enerji içkilərinə maraq artır RƏY

Gənclər arasında tütün və enerji içkilərinə maraq artır RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Maarifləndirmə tədbirləri zəifdir, bu məhsulların əlçatanlığı isə yüksək olaraq qalır

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılara 902,9 milyon manat məbləğində içkilər və tütün məmulatları satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara içkilər və tütün məmulatları satışından əldə edilən gəlir 21,3 milyon manat və ya 2,4 faiz artıb.

Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda əhali içkilər və tütün məmulatlarına 881,6 milyon manat xərcləyib.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində içkilər və tütün məmulatlarına sərf olunan vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 4,9 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu artım bir tərəfdən əhalinin tələbatında prioritetlərin dəyişməsi, digər tərəfdən isə inflyasiya və ya qiymət artımları nəticəsində real alıcılıq qabiliyyətinin məhdudlaşması ilə izah edilə bilər. O, Sherg.az-a açıqlamasında bildirib ki, statistika artım göstərsə də, bu, real istehlak artımı yox, qiymət artımı ilə bağlı ola bilər:


 "Əslində, bu artım heç də sevindirici hal deyil. Əhali içkilər və tütün məmulatlarına daha çox pul xərcləyirsə, bu, sağlamlıq və sosial rifah baxımından narahatedici bir tendensiyadır. Xüsusilə də tütünə yönələn xərclərin artması, gənclər və azgəlirli təbəqələr üçün təhlükəlidir. Bir tərəfdən dövlət tütün və spirtli içkilərin istehlakının azaldılması üçün qanunvericilik qəbul edir, digər tərəfdən isə bu məhsulların satışının artması ciddi ziddiyyət yaradır. Deməli, mövcud nəzarət mexanizmləri yetərincə effektiv deyil. Reklam, satış və ictimai yerlərdə istehlakla bağlı məhdudiyyətlər kağız üzərində qalır. Gənclər arasında tütün və enerji içkilərinə maraq artır. Maarifləndirmə tədbirləri zəifdir, bu məhsulların əlçatanlığı isə yüksək olaraq qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri