Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

Damarları tıxananlar bu qidalardan imtina etsin

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

Miri Yusiflə Aiseldən yeni layihə

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Hələ də inana bilmirəm

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Enerji tələbatında rekord göstərici: Pik istehlakın müsbət və mənfi tərəfləri

Enerji tələbatında rekord göstərici: Pik istehlakın müsbət və mənfi tərəfləri

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektrik enerjisinə olan tələbatımız rekord həddə çatıb. Ekspertlərin fikrincə, bu, həm də iqtisadi artım və sənaye inkişafı ilə bağlıdır. Lakin tələbatın artmasının mənfi tərəfləri də var.

Azərbaycanda 6 avqust saat 15:00-da elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub. Eyni zamanda, sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib. "AzərEnerji"dən verilən məlumata görə, bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb - son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son yeddi ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq, ölkə başçısının tapşırığına uyğun "AzərEnerji" tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün kompensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Pik istehlakın müsbət və mənfi tərəfləri

İqtisadçı Famil Niftiyev tələbatın artım səbəblərini belə izah edir: "6 avqust tarixində qeydə alınmış 4871 meqavatlıq pik tələbatın əsas səbəbi kimi isti hava və soyuducu sistemlərinin kütləvi istifadəsi göstərilsə də, bu, prosesin yalnız görünən tərəfidir. Əslində, son illərdə Azərbaycan iqtisadiyyatının strukturunda baş verən dəyişikliklər elektrik enerjisi tələbatının səviyyəsini xeyli artırıb. Sənaye parklarının, böyük istehsal müəssisələrinin, logistika mərkəzlərinin və xidmət sektoru obyektlərinin işə düşməsi enerji istifadəsini artırır. Urbanizasiya prosesi nəticəsində çoxmənzilli binaların və yeni yaşayış massivlərinin şəbəkəyə qoşulması, kənd təsərrüfatında elektriklə işləyən nasos və istixana sistemlərinin yaradılması, məişətdə daha çox enerji tutumlu cihazların istifadəsi də tələbatın gündəlik artımına səbəb olur. Evlərdə və müəssisələrdə eyni vaxtda bir neçə yüksək güc tələb edən cihaz işlədilir. Bütün bunlar mövsümi amillərlə üst-üstə düşəndə rekord tələbat yaranır".

F.Niftiyevin sözlərinə görə, bunun həm mənfi, həm də müsbət nəticələri mövcuddur: "Müsbət tərəfdən baxdıqda, artan enerji tələbatı iqtisadi fəallığın yüksəldiyini, sənaye istehsalının genişləndiyini, urbanizasiyanın sürətləndiyini və əhalinin həyat səviyyəsinin yaxşılaşdığını göstərir. Lakin tələbatın çox sürətli artması enerji infrastrukturuna təzyiq yaradır. Əgər generasiya gücü, ötürücü və paylayıcı şəbəkə bu artıma adekvat şəkildə genişləndirilməsə, sistem yüklənir, qəza riskləri və kəsinti ehtimalı artır. Pik tələbatın qarşılanması üçün tez işə düşən, amma daha bahalı enerji mənbələrindən istifadə olunur ki, bu da ümumi xərcləri artırır. Yəni iqtisadi inkişaf müsbət siqnal olsa da, onunla ayaqlaşmayan enerji infrastruktur siyasəti mənfi nəticələr doğura bilər".

"Tələbat 6000 meqavata yaxınlaşa bilər"

İqtisadçının fikrincə, tələbat artımı tariflərə üç əsas mexanizm vasitəsilə təsir göstərə bilər: "Yüksək pik dövrlərdə əməliyyat xərcləri artır, çünki bahalı yanacaqla işləyən əlavə blokların işə salınması lazım gəlir. Artan tələbatı qarşılamaq üçün yeni generasiya gücü, yarımstansiyalar, ötürücü xətlər və idarəetmə texnologiyaları qurulur - bu da iri kapitallı investisiyalar tələb edir. Bu investisiyaların maliyyələşdirilməsi üçün ya dövlət subsidiyalarını artırmaq, ya da tarifləri tənzimləmək lazımdır. Orta və uzun müddətdə tələbatın bu tempdə böyüməsi, əlavə xərclərin yaranması və potensial subsidiyaların davamlı olmaması qiymətlərin yüksəlməsi riskini artırır".

Müsahibimiz bildirdi ki, gələcəkdə tələbat daha da arta bilər: "2018-ci ildə pik tələbat 3625 meqavat idisə, 2025-ci ildə bu göstərici 4871 meqavata çatıb. Yeddi il ərzində 1246 meqavat artım baş verib ki, bu da illik təxminən 178 meqavat deməkdir. Əgər bu temp dəyişməsə, beş il sonra əlavə 890 meqavat artım gözlənilir və pik tələbat 5760-5800 meqavat səviyyəsinə yüksələ bilər. Əgər sənaye istehsalı, urbanizasiya və iqlimdə ekstremal istilər daha da güclənərsə, artım sürətlənə bilər və pik tələbat 6000 meqavata yaxınlaşacaq. Əksinə, enerji səmərəliliyi proqramları, tələb idarəetmə tədbirləri və bərpa olunan mənbələrin geniş tətbiqi artımı zəiflədə bilər. Bu halda 5 il ərzində 500-600 meqavatlıq artım ehtimalı mövcuddur".

"Panellər quraşdıran şirkətlər bir çox vergilərdən də azaddırlar"

İqtisadçı Murad Calalov isə düşünür ki, texnologiya inkişaf etdikcə, elektrik enerjisinə olan tələbatın artması normaldır: "Bakıda binaların, mənzillərin sayı artır. Həmçinin istehsal sahələrimiz də artır. Sahə artdıqca, texnologiya inkişaf etdikcə tələbata da təsir edir".

M.Calalovun sözlərinə görə, tələbatı azaltmaq üçün təbii günəş enerjisindən istifadəyə önəm verilməlidir: "Məsələn, xarici ölkələrdə eyvanlarda şəxsi istifadə üçün solar panellər quraşdırılır. Hansı hissədən günəş yaxşı düşürsə, orada panellər yerləşdirilir. Həyət evi olan insanlar isə evlərinin damına quraşdırırlar. Ofislərdə isə binalarda olur. O səbəbdən tələbat artsa belə gücə düşmə zamanla azalır. İnsanlar dövlətin böyük panellər qurmasını gözləmirlər. Bu kimi panellər quraşdıran şirkətlər bir çox vergilərdən də azaddırlar. Belə olan halda bütün elektrik enerjisini günəş panellərindən alırlar".

"Tələbatı təmin etmək birinci vəzifə olmalıdır"

İqtisadçının fikrincə, yayda tələbatımızı ödəməyə fokuslanıb, digər fəsillərdə elektrik enerjisindən gəlir qazanaraq kompensasiya edə bilərik: "Əgər özümüzü təmin edə bilmiriksə, bu, mənfi tendensiyadır. İyunun 24-də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyası açıldı. Ölkəmizdə tələbat rekord həddədirsə, onu kənara satmaqdansa, ölkə içində tələbatı təmin etmək birinci vəzifə olmalıdır. Başqa ölkələrdən enerji idxalı da edə bilərik. Amma digər fəsillərdə tələbat daha aşağı olduqda qonşu ölkələrə enerji sataraq gəlir əldə etmiş olarıq. Sadəcə çalışmalıyıq ki, elektrik enerjisinə olan tələbatın artması böyük elektrik kəsintilərinə səbəb olmasın".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Avqust 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see2976

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see244

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see219

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see218

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see192

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see192

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see151

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri