Engin Polatın İnstagram hesabına məhdudiyyət qoyuldu
Icma.az, Sia Az saytına istinadən bildirir.
Türkiyədə sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polatın İnstagram hesabı ilə bağlı girişin məhdudlaşdırılması qərarı verilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ankara 3-cü Sülh Cinayət Məhkəməsi Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında Engin Polata məxsus İnstagram hesabının Türkiyədən əlçatanlığının dayandırılmasına qərar verib.
Qərarın 5651 saylı İnternet Yayınlarının Tənzimlənməsi haqqında qanun çərçivəsində, cinayətlərin qarşısının alınması və ictimai asayişin qorunması məqsədilə qəbul edildiyi bildirilib. Qərarın icrası üçün müvafiq bildirişlərin İnformasiya Texnologiyaları və Rabitə Qurumuna (BTK) göndərildiyi qeyd olunub.
Daha əvvəl Dilan Polatın milyonlarla izləyicisi olan İnstagram hesabı və digər sosial media hesabları ilə bağlı da giriş məhdudiyyəti tətbiq edilmişdi. Bundan sonra Dilan Polatın həyat yoldaşı Engin Polatın hesabından aktiv istifadə etməsi diqqət çəkmişdi.
Məlumata görə, əvvəllər daha az istifadə olunan Engin Polatın hesabı son dövrdə Dilan Polatın gündəlik paylaşımları üçün əsas platformalardan birinə çevrilmişdi. Onun şəxsi həyatı, iş fəaliyyəti və brendləri ilə bağlı paylaşımlar həmin hesab üzərindən yayımlanırdı.
Qərardan sonra Polat ailəsinin sosial mediada hansı addımları atacağı diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 29 İyul 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















