Icma.az
close
up
RU
Ənvər Əliyev: Dənizin altından yalnız meşələr deyil, zavod qalıqları da çıxa bilər

Ənvər Əliyev: Dənizin altından yalnız meşələr deyil, zavod qalıqları da çıxa bilər

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xəzər dənizində müşahidə olunan səviyyə enişi həm tarixi, həm də geoloji baxımdan xarakterik və normal bir hadisədir”

Son illərdə Xəzər dənizində müşahidə olunan səviyyə enişi yalnız regional su balansını deyil, həm də ekoloji tarazlığı ciddi şəkildə təhdid edir. Dənizin geri çəkilməsi nəticəsində sahil zonalarında quruma və torpaqların eroziyaya məruz qalması kimi fəlakətlərin baş verməsi narahatlıq doğurur. Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində isə bu ekoloji dəyişikliklərin tarixi izləri açıq şəkildə görünür: uzun illər suyun altında qalmış qədim palıd meşələrinin kök və gövdə qalıqları üzə çıxıb. Yerli sakinlərin sözlərinə görə, bir zamanlar geniş meşə zolaqları ilə örtülü olan bu ərazi indi Xəzərin səviyyə dəyişiklikləri sayəsində təbiətin unudulmuş izlərini göz önünə çıxarır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində Xəzər dənizinin geri çəkilməsi nəticəsində illərdir suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb. Dənizin içində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu məlum olub. Yerli sakinlərin sözlərinə görə, bu ərazidə bir vaxtlar geniş palıd meşələri mövcud olub və Kənarmeşə kəndinin adı da buradan qaynaqlanır.

Üzə çıxan kök qalıqlarının diametri 3–4 metrə qədər çatır. Mütəxəssislər bu ağacların yüz illər yaşı olan palıdlar olduğunu və uzun müddət Xəzərin duzlu suyunda qalmalarına baxmayaraq, tam çürümədiklərini bildirirlər.

Suyun çəkilməsi ilə bir neçə ərazidə qırılmış iri ağac gövdələrinə də rast gəlinib. Faktlar göstərir ki, Xəzər dənizi əsrlər boyu sahilə doğru irəlilədiyi torpaq sahəsindən geri çəkildikcə bir zamanlar mövcud olan meşə zolağının izləri yenidən görünür.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev Sherg.az-a açıqlamasında bildirib ki, Xəzər dənizində müşahidə olunan səviyyə enişi həm tarixi, həm də geoloji baxımdan xarakterik və normal bir hadisədir. Onun sözlərinə görə, dənizin altında yalnız meşələr deyil, həmçinin qədim insan fəaliyyətinə aid obyektlər, məsələn, zavod qalıqları da dənizin dibində uzun müddət qorunub saxlanıla bilər: “Bunun səbəbi dəniz suyunun yüksək duzluluğu və oksigensiz (havasız) mühitidir. Belə şəraitdə ağac kökləri və gövdələri çürümədən uzun illər qala bilir. Havasız mühit mikroorqanizmlərin fəaliyyətini əngəllədiyi üçün, ağac və digər bitki qalıqları suyun içində “müəyyən dərəcədə mumlaşmış” və ya bərkidilmiş formada qorunur. Nəticədə uzun illər suyun altında qalmış meşələr üzə çıxanda onların ilkin forması, diametri və hətta bəzi detalları hələ də tanınacaq qədər yaxşı saxlanmış olur”.

Ə.Əliyev Xəzərin geri çəkilməsi ilə bağlı yaranan narahatlığa da münasibət bildirib və qeyd edib ki, burada ciddi bir təhlükə yoxdur: “Tarixi məlumatlar göstərir ki, Xəzər dənizi 60 milyon illik ömrü ərzində dəfələrlə səviyyəsini artırıb-azaldıb. Bəzi dövrlərdə suyun yüksəlməsi nəticəsində meşələr və çöllər su altında qalıb, dəniz bəzən Aralıq dənizinə qədər uzanıb. Müəyyən dövrlərdə isə suyun çəkilməsi insanların sahil boyu yaşayış və iqtisadi obyektlər salmasına imkan verib. Dənizin tamamilə quruması isə heç vaxt müşahidə edilməyib. Bu səbəbdən panikaya qapılmağa və ya süni müdaxilələrlə su səviyyəsini artırmağa ehtiyac yoxdur. Vaxtı ilə Rusiyada yerləşən çaylar vasitəsilə dənizin həcminin artırılması kimi ideyalar mövcud olub. Türkmənistan ərazisində Xəzərin bir şəlaləsi var, Qaraboğazgöl körfəzinə axır və oradan da kütləvi buxarlanır, sənaye duzları əmələ gəlir. Onun qabağı kəsildi və nəticədə kütləvi şəkildə boş torpaqları tutmağa başladı. Hətta Bakı-Lənkəran dəmir yolunun reyslərinə də ziyan verdi. Bu cəhdlərin nəticələri sübut edib ki, təbiətlə “zarafat” etmək mümkün deyil və insan müdaxiləsi yalnız fəlakətləri sürətləndirə bilər. Dənizin səviyyəsi enib-qalxır və onun qarşısını almaq mümkün deyil, təbiətin qanunlarına hörmətlə yanaşmaq və ehtiyatlı olmaq lazımdır”.

Ekoloq hazırda Xəzərdə suyun səviyyəsinin azalmasını quraqlıqla əlaqələndirib. Onun sözlərinə görə, indiki vaxtda, xüsusilə noyabr ayında, hava normadan daha quru və rütubətsizdir: “Qərbdən gələn rütubətli hava axınlarının azalması və Cənubdan gələn quru hava kütlələrinin üstünlük təşkil etməsi nəticəsində Azərbaycanda və qonşu ölkələrdə yağıntılar kəskin şəkildə azalıb. Eyni vəziyyət Aralıq dənizinin şimal sahillərində, İran və İsraildə də müşahidə olunur. Bu isə çayların suyunu azaldır və dolayısı ilə Xəzərin səviyyəsinə mənfi təsir göstərir. Düzdür, dənizin səviyyəsi enəndə bəzi texniki və ekoloji problemlər ortaya çıxa bilir. Gəmi dayanacaqları və liman infrastrukturu təsirlənir, balıqların qida mənbələri məhdudlaşır. Lakin bütün bunlara baxmayaraq, Xəzərin tamamilə quruması minilliklər tələb edən bir prosesdir və hazırda narahat olmağa əsas yoxdur”.

Şəymən Bayramova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri