Icma.az
close
up
RU
Niyə Əbülfəz Əliyev, N.Pənahlı, Bəxtiyar Vahabzadə insanları meydandan getməyə, Ənvər Əliyev isə qalmağa çağırırdı?..

Niyə Əbülfəz Əliyev, N.Pənahlı, Bəxtiyar Vahabzadə insanları meydandan getməyə, Ənvər Əliyev isə qalmağa çağırırdı?..

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ənvər Əliyev: "Doğrusu, mən hər şeyə inansam da ancaq tribunadan birdəfəlik uzaqlaşdırılacağıma inanmırdım. Ancaq, təəssüf ki, hadisələrin sonrakı inkişafı mənim reallıqdan çox fanatizmə qapıldığımı sübut etdi...”

...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

(Əvvəli burada:)

Ənvər Əliyev kitabın 147-150-ci səhifələrində belə yazır:

“Saat 14-15 radələrində isə (noyabrın 18-də) Nemət fürsət tapıb bir də çıxış etdi. O, yenə də camaatı dağılışmağa və şənbə günü saat 10.00-da yığışmağa çağırdı. (XXII cild, s.155). Sonra Sabir Rüstəmxanlı camaata təşəkkür edərək onların qarşısında  “Baş əydiyini” deyərək dağılışmaq təklif etdi və etirazla qarşılandı.. Bəxtiyar Vahabzadə də gecə meydanda qalanları bağrına basıb öpdüyünü dedi. Sonra isə...  

Stenoqram:

B.Vaһabzadә:

...Topxana meşəsində meşə yox, kol-kos qırıblar, orada sex tikmək istəyirlər... Xalqımızın rəyi olmadan orada onu tikə bilməyəcəklər. Biz canımızla buna cavabdehik (Alqışlar). Biz ermənilərə bir qarış torpağımızı verməyəcəyik və bu həll olunub! (Alqışlar). 

Ancaq axırda o da camaatın ciddi səs-küyünə baxmayaraq dağılışıb getməyi tələb etdi və fitə basıldı. (XXII cild, s. 161).

Sonra Universitetin rektoru Yəhya müəllim də çıxış edib dağılışmağı təklif etdi:

-”Mən Universitet tələbələrinə müraciət edirəm, gedəyin, bir də bir həftədən sonra lazım olsa bir də gə-lərik...(XXII cild, s. 177). 

N. Pənahov da yenidən söz alıb camaatı dağılışmağa çağırdı.

Nemәt Pәnaһov:  

... Bizi eşidənlər bir ucdan dağılışsın. Bir nəfər kimi xahiş edirik, yalvarırıq Sizə. Bir nəfər kimi dağılışın, camaat, camaat biz məğlubiyyətə gedirik, bu gün... (səs-küy). Camaat fitlə onu da danışmağa qoymadı (XXII cild, s.179.)

Nemət sözünü qurtaran kimi mikrofonu kəsdilər. Meydandakı vəziyyəti nəzərə alıb, camaatı bu gün birinci dəfə oturtmalı oldum. Nemət özü ilə bərabər bir dəstə adamla meydandan çıxdı. Bir qədər sonra camaatın tələbi ilə mikrofon bərpa edildi.                                               

Saat 4-5radələrində Nemət yenidən peyda oldu və camaatın ciddi hay-küyünə baxmayaraq, yenə də  dağılışıb getməyi tələb etdi.  

Sual: (Әnvәr Әliyevә. Müstəntiq: SSRİ DTK-nın xüsusi işlər üzrə şöbəsinin baş müstəntiqi Y.M.Sauşkin. Mənim sözlərim stenoqramdan oxunurdu - Ә.Ә.)  

Nemət Pənahov, Əbülfəz Əliyev, Məhəmməd Hatəmi iki gün camaata yalvarıb emosiyaya uymamağı, meydandan dağılışmağı xahiş edir, yalvarır. Lakin tək bir nəfər Ənvər Əliyev meydanı öz əlində saxlayır. “Oturun və heç kimə qulaq asmayın! Oturaq və gözləyək...” buna münasibətiniz.

Cavab: 

Mitinqi mən təşkil etmişdim. Onun çoxgünlük ideyasını mən vermişdim. İki gün ərzində mən mitinqə rəhbərlik etdim, camaat tərəfindən mitinqin mahiyyəti ilə bağlı olmayan başqa adamların çıxışlarına meydana yığışanlar qulaq asmaq istəmirdilər. Onları sadəcə olaraq fitə basırdılar. Mən mitinqin liderliyini özüm qazanmışdım…

Sual: 

“Kim bizimlədirsə qalsın, kim qalmaq istəmirsə, ona yaxşı yol, yaxşı istirahət. Bir daha təkrar edirəm, kim yorulubsa gedə bilər, yenidən gələr” və ya “qadınlara burada gecə qalmağı məsləhət görmürük. Biz çox xahiş edirik. Hər bir kişi sizin cəsurluğunuz, qəhrəmanlığınız qarşısında baş əyir. Eşq olsun sizə” - sözləri barədə nə deyə bilərsiniz? 

Cavab:  

Mən  əvvəlki  mitinq  təcrübələrindən  və  eləcə  də mitinq iştirakçıları da belə hesab edirdik ki, hazırkı vəziyyətdə dörd tələbimiz tam kifayətdir və onların yerinə yetirilməsinə nail olmaq lazımdır. İstəyirdim meydanda ürəkdən Qarabağ probleminə yanan övladlar olsun (VII cild, s.26-27, 07 iyun protokolu). 

İki gün әrzindә mәnim һәrәkәt vә çıxışlarımın mәqsәdi әsasәn meydanda işlәk, intizamlı bir mexanizm yaratmaq olmuşdur. Doğrudan da әgәr meydanda normal güclü bir mexanizmin tәmәli qoyulsaydı, onda bura tribunadakılardan asılı olmayaraq, on günlәrlә öz-özünә һәrәkәt edә bilәrdi. Әlbәttә ki, birinci növbәdә niyyәt tәmizliyi nәzәrә alınmaq şәrti ilә! (Elә bu sәbәbdәn idi ki, müstәntiq Ј.Sauşkin dәfәlәrlә mәnә eyһamla “Әliyev, sәn orada “maxaviki” elә fırlatmısan ki, ora  tribunadakılardan asılı olmayaraq aylarla һeç bir qanun pozuntusu olmadan  davam edә bilәrdi” deyirdi.) 

Amma bununla belə, istər təşkilati, istərsə də mənəvi cəhətdən bütün dayaqlarını itirmis, əhatəsi qorxu və hədələrlə dolu, məramı və məqsədi naməlum olan nəhəng bir qüvvə ilə təkbətək qalan əzilmiş və yorulmus bir kəsin muqavimət hissini saxlaması çox çətin idi. Bunu ancaq mənim vəziyyətimə düşənlər bilər. Lakin mənim üçün xeyli hissəsi çox gözəl alınmış müqəddəs bir işə olan fanatik bir inam hissi məni ruhdan düşməyə qoymurdu. Doğrusu, mən hər şeyə inansam da ancaq tribunadan birdəfəlik uzaqlaşdırılacağıma inanmırdım. Ancaq, təəssüf ki, hadisələrin sonrakı inkişafı mənim reallıqdan çox fanatizmə qapıldığımı sübut etdi...”

(Davamı var)
Qeyd:
Materialda adları çəkilən şəxslər və ya onların nümayəndələrinin şərhlərini dinləməyə hazırıq.
 

Təqdim etdi: Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri