Icma.az
close
up
RU
Epidemiyanın qarşısını alınmaq çətinləşir

Epidemiyanın qarşısını alınmaq çətinləşir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasının şərqində davam edən müharibənin Ebola epidemiyasının qarşısının alınması istiqamətində səyləri ciddi şəkildə çətinləşdirdiyi barədə xəbərdarlıq edib və ölkədə dərhal atəşkəs elan olunmasına çağırıb.

Modern.az xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Qeyd edib ki, Konqo Demokratik Respublikasının şərqində xəstəlik və münaqişənin davam etməsi nəticəsində ağır humanitar vəziyyət yaranıb. Onun sözlərinə görə, İturi əyalətində yayılan Ebola epidemiyası mövcud müdaxilə imkanlarını üstələyir. Baş direktor əlavə edib ki, Konqo Demokratik Respublikasında yayılan Bundibuqyo ştamına qarşı təsdiqlənmiş peyvənd və ya müalicə vasitəsi mövcud deyil. O vurğulayıb ki, yoluxmanın qarşısının alınması tam şəkildə humanitar yardımların bölgəyə çatdırılmasından asılıdır.

ÜST-nin məlumatına əsasən, Konqo Demokratik Respublikasında mayın 15-də epidemiyanın elan olunmasından bəri Ebola virusundan 10 təsdiqlənmiş ölüm halı qeydə alınıb. Bundan əlavə, 220 şübhəli ölüm və 900 ehtimal olunan yoluxma halı baş verib.

Xatırladaq ki, mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. Mayın 22-də isə təşkilat Konqoda risk səviyyəsinin çox yüksək olduğunu bildirib. ÜST rəhbəri qeyd edib ki, vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri virusun nadir variantının yayılmasıdır. Hazırda həmin varianta qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 May 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri