Icma.az
close
up
RU
Epilepsiya Məşhurların xəstəliyi

Epilepsiya Məşhurların xəstəliyi

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

Rəvayətlərə və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur şəxsiyyətlər, o cümlədən sərkərdələr, siyasət və ədəbiyyat xadimləri əziyyət çəkiblər. Onların sırasında məşhur sərkərdələr Makedoniyalı İsgəndər, Yuli Sezar, görkəmli rus yazıçısı Fyodor Dostoyevski və başqaları da olub. Bəlkə elə buna görə də epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik" adlandırırlar.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, hazırda dünyada epilepsiyanın yüngül və ağır formalarda 7 milyona yaxın daşıyıcısı var. Xəstəliyin meydana çıxmasında irsi amillər böyük rol oynayır.

Epilepsiya beynin xronik xəstəliyidir, yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən bir sahəsində - epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır. Xəstəliyin səbəbləri kəllə-beyin travmaları, meningit, ensefalit, insult, dağınıq skleroz, alkoqolizm, narkomaniya, toksiki zob, qaraciyər xəstəlikləri, revmatizm, artıq miqdarda insulin qəbulu və kalsium çatışmazlığı ilə əlaqələndirilir.

Epileptik tutmalar xəstəliyin ən təhlükəli məqamı sayılır və xəstələrin üçdə ikisi 18 yaşına qədər azı bir dəfə buna məruz qalır. Yüngül hallarda xəstə ətraf mühitlə əlaqəni itirir, onun yanında olanlar bəzən bunu hiss etmir, xəstə isə belə bir hal keçirdiyini xatırlamır. Ağır hallarda huşun itirilməsi ilə əzələlərın qıcolması başlayır, hətta dilin qatlanması ölümə səbəb olur. Həmin xəstələrdə tutmadan əvvəl baş verən aura zamanı epileptik ocağın beynin hansı hissəsində yerləşməsindən asılı olaraq hərarətin yüksəlməsi, oyanıqlıq, narahatlıq, bəzən qəribə qoxuların duyulması və ya göz önünə sayrışan işıqların gəlməsi halları yaranır. Xəstə çox vaxt arxası üstə yıxılır, başı arxaya əyilir, tənəffüs və qırtlaq əzələləri qıc olur, qıcolma tədricən üz, gövdə və ətrafların əzələlərinə yayılır. Bir müddət sonra tənəffüs dayanır, üzdə göyərmə və şişkinlik əmələ gəlir, göz bəbəkləri genəlir.

Həmin hallarda xəstəyə mümkün qədər tez həkim yardımı göstərilməlidir. Epileptik tutma başlayanda xəstəni yıxılıb əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzatmaq, dilinin dişləri arasında qalıb zədələnməməsi üçün qaşığı dəsmala büküb çənə arasında saxlamaq lazımdır.

Epilepsiya xəstələri çox sərnişin olan ictimai nəqliyyata minməməli, əhalinin sıxlıq təşkil etdiyi qapalı məkanlardan uzaq olmalı, kompüter və televizor qarşısında çox oturmamalı, mobil telefonla çox danışmamamlı, antihistamin, antidepressant, yod tərkibli dərmar və anestetiklərdən istifadə etməməlidirlər.

Epilepsiyanın təbii vasitələrlə müalicəsi

Xəstəliyin müalicəsində bir sıra dərman bitkilərindən istifadə olunur.

- İki xörək qaşığı xırdalanmış pion kökü 3 stəkan qaynar suda 30 dəqiqə dəmlənir, gündə 3-4 dəfə yeməkdən bir neçə dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. İki xörək qaşığı xırdalanmış yovşan kökləri üzərinə 500 millilitr kvas əlavə edilərək 5 dəqiqə qaynadılır, süzüləndən sonra gecə yatmazdan əvvəl isti halda içilir. Bir çay qaşığı quru lavanda çiçəkləri 1 stəkan suda 1-2 dəqiqə qaynadılır, ocaqdan götürülərək yarım saat dəmlənir. Dəmləmə 2 ay gecə yatmazdan əvvəl 1-2 xörək qaşığı qəbul edilir. Lavanda çiçəkləri ilə müalicəni 2 həftə fasilə verməklə ilboyu aparmaq olar.

- Bərabər miqdarda damotu, adi yovşan, acı yovşan, qaraqınıq, yağıotu (kiprey), quşqonmaz, bulaqotu, bozaqgülü, meşə lərgəsi, dalamaz, xardal kökü, cəbrayılotu kökü və pion kökü qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı termosa tökülür, üzərinə 2 stəkan qaynar su əlavə edilərək gecə boyu dəmlənir, səhər süzülür. Gün ərzində hər dəfə yeməkdən əvvəl 3-4 dəfəyə içilir. Hər gün təzə dəmləmə hazırlanır.

- Bir xörək qaşığı quru ot 300 millilitr qaynar suda 15 dəqiqə dəmlənir, süzüləndən sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

- Öksəotunun xırdalanmış budaq və meyvələrindən 1 xörək qaşığı 1 stəkan suda dəmlənir və gündə 3 dəfə 1 xörək qaşığı içilir. Yaxud, 25 qram xırdalanmış öskəotu 100 millilitr spirtdə 10 gün saxlanır və süzüləndən sonra gündə 3 dəfə 30 damcı qəbul edilir. İki xörək qaşığı ot 2 stəkan qaynar suda 1 saat dəmlənərək süzülür, gündə 4 dəfə yarım stəkan içilir.

- On hissə qaraqınıq otuna 1 hissə pişikotu kökü, hərəsindən 3 hissə ladankolu və çobandüdüyü otu, hərəsindən 2 hissə cökə, öksəotu, dağtərxunu çiçəkləri, bənövşə otu və dəmrovotu əlavə olunur. Qarışıqdan 2 xörək qaşığı 1 litr suda 10 dəqiqə vam ocaqda qaynadılır, süzüləndən sonra gündə 3 dəfə yarım stəkan qəbul edilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri