Icma.az
close
up
RU
Epşteyn işi respublikaçıları parçalayır: Trampın mövqeyi bir çox tərəfdarlarını məyus edir

Epşteyn işi respublikaçıları parçalayır: Trampın mövqeyi bir çox tərəfdarlarını məyus edir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-da maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yeni ictimai müzakirə dalğası başlayıb. O, azyaşlıların da cəlb edildiyi fahişəlik və insan alveri ilə bağlı ittiham olunurdu. Baş prokuror Pem Bondinin bu işi tam açıqlama vədi, daha sonra isə "Epşteyn siyahısı"nı - guya bu cinayət şəbəkəsində adı hallanan nüfuzlu şəxslərin adlarını açıqlamamaq qərarı geniş narazılıq doğurub. Xüsusilə də Donald Trampın tərəfdarları arasında narahatlıq artır. Lakin prezident Tramp bu məsələni demokratların "fırıldağı" adlandıraraq, öz seçki kampaniyasında verdiyi sənədlərin açıqlanması vədindən faktiki olaraq imtina edib. Bu isə Respublikaçılar Partiyasındakı parçalanmanı daha da dərinləşdirib.

Qayanrinfo xəbər verir ki, Donald Tramp çərşənbə günü "Truth Social" platformasında etdiyi paylaşımda Epşteyn işi ilə bağlı sənədlərin ictimaiyyətə təqdim olunmasını tələb edən respublikaçılardan uzaqlaşdığını bəyan edib. O, bu tələbləri "uğur axtaran demokratların" təşviqi ilə yayılmış "aldatma" adlandırıb. Prezident administrasiyasının uğurlarının kölgədə qaldığını və diqqətin "Epşteyn mistifikasiyası"na yönəldilməsindən narazı olduğunu bildirib.

O, bu təşviqin əsas səbəbini saxta xəbərlərlə qızışdırılan güclü təhrik kimi qiymətləndirib və qeyd edib ki, artıq bu mövzunu davam etdirən, zəif bəndlər saydığı şəxslərin dəstəyinə ehtiyac duymur.

Donald Tramp və Ceffri Epşteyn 1990-cı illərdən tanış olublar və bir sıra tədbirlərdə, şəxsi məclislərdə birlikdə iştirak ediblər. Bu münasibətlər sənədləşdirilsə də, Trampın cinayət xarakterli fəaliyyətdə iştirakına dair sübut yoxdur. 2019-cu ildə Epşteynin həbsindən sonra onların tanışlığı mətbuatda ancaq qısaca müzakirə edilib. Tramp bu iş üzrə heç bir epizodda təqsirləndirilmir. Əksinə, seçki kampaniyası dövründə Tramp bu işi öz xeyrinə istifadə edib, sənədlərin açıqlanacağını və burada bir çox demokratın adının ola biləcəyini vəd etmişdi.

Seçkilərdən sonra Ağ ev və şəxsən Tramp baş prokuror Pem Bondiyə əldə olan bütün etibarlı materialları dərc etməyi tövsiyə edirdi. Lakin 2025-ci ildə Epşteynlə bağlı mövzu Tramp üçün ağrılı bir nöqtəyə çevrilib. İyun ayının əvvəlində Trampın keçmiş müttəfiqi, milyarder İlon Mask onu bu işə qarışmaqda ittiham edib və prezidentin bu məsələ ilə bağlı ictimaiyyətə izahat verməli olduğunu bildirib. Daha sonra bu paylaşım silinsə də, Mask mövzuya qayıdaraq şəffaflığın zəruriliyini vurğulayıb: "Sadəcə sənədləri dərc et!"

Donald Tramp isə Maskın bu çağırışlarına sərt cavab verib və onu işini və ölkədə qalma hüququnu itirməklə hədələyib. Respublikaçılar isə hələ də liderlərinin günahsız olduğuna inanır və sənədlərin açıqlanacağı təqdirdə sualların cavab tapacağına ümid edirlər.

Xatırladaq ki, 2025-ci ilin əvvəlində Pem Bondi Epşteynin siyahısının artıq onun "masası üzərində" olduğunu və dərc etməyə hazır olduğunu demişdi. Lakin iyul ayının ortalarında Ədliyyə Nazirliyi gözlənilmədən bəyan edib ki, belə bir siyahı mövcud deyil və Bondinin masasında olan sənədlər sensasiyalı yeni faktlar ehtiva etmir. Bütün materiallar məhkəmə qadağası altındadır və yeni dərc planlaşdırılmır.

Bu ziddiyyətli addım Pem Bondiyə qarşı kəskin tənqidlərə səbəb olub. 15 iyul mətbuat konfransında suallardan yayınan Bondi Ədliyyə Nazirliyinin rəsmi memorandumu ilə kifayətlənməyə çağırıb. Bu, sağçı mühitdə ciddi qəzəb doğurub və onun istefası tələb olunub. "NBC News"un məlumatına görə, FTB-nin direktor müavini Den Boncino hirsindən özünü itirib və Bondi istefa verməzsə, özü vəzifəsindən gedəcəyini bildirmişdi.

Pem Bondi isə cavabında belə deyib: "Mən prezidentin burada olmamı istədiyi müddətcə buradayam. İnanıram ki, o, bunu tam aydın şəkildə ifadə edib".

Lakin bu mövqe bir çox respublikaçını daha da qıcıqlandırıb. Məyus olanlar arasında Nümayəndələr Palatasının spikeri Mayk Conson, konqresmenlər Tomas Massi, Loren Bobert, Markori Teylor Qrin və Skott Dejarl, Senatda respublikaçıların lideri Con Tyun və senator Con Kennedi də var. Adətən Trampa yaxın olan Mayk Conson Ədliyyə Nazirliyini geri çəkilən bəyanat və sonrakı addımları izah etməyə çağırıb.

Hadisələr Respublikaçılar Partiyasında parçalanmanı dərinləşdirib. Hazırda partiya Nümayəndələr Palatasında cüzi üstünlüyə malikdir və bu qədər həssas vəziyyətdə bir neçə "müxalif" üzvün belə işi iflic vəziyyətinə sala biləcəyi bildirilir.

Trampın keçmiş müşaviri Stiv Bennon xəbərdarlıq edib ki, Epşteyn işi ilə bağlı sənədlərin dərc olunmaması səbəbilə respublikaçılar 2026-cı ildə keçiriləcək aralıq seçkilərdə 40-a qədər yeri itirə bilərlər.

Qalmqal artıq partiyanın əsas seçici bazasında – hətta respublikaçılarla bağlı olmayan mərkəzçi seçicilər arasında da mənfi təsir göstərməyə başlayıb. CNN üçün SSRS tərəfindən aparılan ictimai rəy sorğusuna görə, yalnız ABŞ vətəndaşlarının 3%-i Epşteyn işi üzrə məlumatların açıqlanma səviyyəsindən razıdır. "YouGov"un sorğusu isə göstərib ki, respondentlərin 40%-i Donald Trampın bu işə müəyyən şəkildə qarışdığına inanır. "Economist/YouGov"un araşdırmasına əsasən, ABŞ vətəndaşlarının 79%-i Epşteyn işi üzrə tam açıqlamanın tərəfdarıdır və bu rəqəmin 76%-i respublikaçı və müstəqil seçicilərdir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyul 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri