Epşteyn qalmaqalı: Klintonlar Nümayəndələr Palatasında dindiriləcəklər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton pedofil maliyyəçi Ceffri Epşteynin cinayət işi üzrə Konqresin Nümayəndələr Palatasında ifadə verməyə razılaşıblar.
Oxu.Az bildirir ki, bu barədə "NBC News" telekanalı məlumat verib.
"Klintonlar daha əvvəl - keçən il komitədə ifadə verməli idilər, lakin bu təxirə salınmışdı", - deyə xəbərdə qeyd olunub.
Cütlük 26 və 27 fevral tarixlərində ABŞ parlamentinin aşağı palatasının Nəzarət Komitəsində ifadə verəcəklər.
Qeyd edək ki, Klintonların Epşteyn işi üzrə ifadə verməyə razılaşması xəbəri hələ fevralın 3-də yayılmışdı. Buna qədər isə onlar hər cür ifadə verməkdən imtina edirdilər. Açıq məktubda cütlük bildirib ki, məhkəmədə ifadə vermələri tələbi siyasi motivli təqibdir və hüquqi cəhətdən icra edilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Fevral 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















