Icma.az
close
up
RU
Əqrəb Mövsümü ndə bu səhnə vəkilləri qəzəbləndirdi: Üzr istəsinlər VİDEO

Əqrəb Mövsümü ndə bu səhnə vəkilləri qəzəbləndirdi: Üzr istəsinlər VİDEO

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, "Əqrəb mövsümü: İki dünya bir olsa da" serialının 1-ci və 2-ci bölümlərində vəkillərlə bağlı xoşagəlməz ifadələrə yer verilib.

Ölkə.Az xəbər verir ki, 2-ci sezonun 1-ci bölümündə "göndər onu vəkildən zaddan işləsin" sözləri Azərbaycanda vəkillərin narazılığına səbəb olub.

Həmçinin yeni sezonun 2-ci seriyasında cinayətə görə saxlanılan qadın obrazın dilindən vəkilin ünvanına nalayiq söz deyilib.

Məsələ ilə bağlı hüquqşünaslar sosial şəbəkələrdə yazıblar.

Vəkil Fərid Qasımov: "Əqrəb mövsümü adlı serialda “vəkil zad” və s. ifadələri vəkilliyin günü-gündən yüksələn nüfuzuna qarşı sanki kimlərinsə eqosudur. Bu serial ikinci dəfədir ki, şərəfli vəkil peşəsini alçaldır. Digər həmkarlarım kimi mən də vəkilliyə qarşı işlədilmiş bu ifadələrə görə həmin serialda bu ifadələrin işlədilməsinə yol verən və şərait yaradan şəxsləri qınayıram. Hesab edirəm ki, ən qısa zamanda şərəfli vəkil peşəsinə qarşı istifadə edilmiş qeyri-etik ifadələrə görə serialın ssenaristi Azər Aydəmir və rejissor Emil Quliyev bütün vəkillərdən üzr istəməlidir", - deyə o söyləyib.

Vəkil Mədinə Leqayeva: "Mən vəkil olaraq, İctimai TV-də yayımlanan “Əqrəb mövsümü” teleserialında vəkillik institutunun nüfuzuna xələl gətirən ifadələrin işlədilməsinə digər vəkil həmkarlarım ilə birlikdə kəskin etirazımı bildirirəm. Söz azadlığı vacibdir, lakin vəkillik peşəsinin şərəf və ləyaqətini aşağılamaq yolverilməzdir. Serialda "o....ş vəkil" ifadəsinin işlədilməsi yalnız vəkillərin nüfuzuna deyil, hüquq sisteminə və ədalət mühakiməsinə də hörmətsizlikdir.
İctimai TV kimi geniş auditoriyaya xitab edən bir kanalın peşə etikasına və ictimai məsuliyyətinə uyğun davranmasını, peşəmizə qarşı hörmətsizlik ifadələrinin yayımlanmamasını tələb edirəm. 

Məsələ ilə bağlı rəsmi izahat verilməsini və bu cür halların gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülməsini gözləyirik".

Qeyd edək ki, sözügedən səhnələrlə bağlı Vəkillər Kollegiyası da bəyanat yayaraq Audiovizual Şuraya müraciət edəcəyini açıqlayıb.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri