Ər qazı söndürmədi, 26 illik evlilik sona çatdı Qeyri adi boşanma
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Diyarbəkir şəhərində 26 illik evlilik qeyri-adi bir səbəblə başa çatıb.
Milli.Az xəbər verir ki, Ekol TV-nin məlumatına görə, iki uşaq anası qadın həyat yoldaşının evdən çıxarkən qazı söndürməməsi səbəbindən məhkəməyə müraciət edib.
Dörd il davam edən proses Diyarbəkir 1-ci Ailə Məhkəməsində yekunlaşıb. Məhkəmə şahid ifadələri və uşaqların dəlilləri əsasında qadının xeyrinə qərar çıxarıb.
Qadına 75 min TL maddi, 75 min TL qeyri-maddi təzminat, həmçinin müvəqqəti aliment təyin olunub.
Məhkəmə qərarında ərinin ailəsinə qarşı məsuliyyətsiz davranışları, emosional və maddi dəstəyin olmaması, eləcə də evdəki təhlükəsizliyə etinasız yanaşmasının evliliyi bitirən əsas amillərdən biri olduğu qeyd edilib.
Hadisə Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Məhkəmə "qazı söndürməməyin" də boşanma səbəbi kimi qəbul oluna biləcəyini təsdiqləyib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















