Icma.az
close
up
RU
Ər Riyadda Səudiyyə 4 cü Beynəlxalq Media Forumu keçirilib

Ər Riyadda Səudiyyə 4 cü Beynəlxalq Media Forumu keçirilib

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 19-dan 24-nə qədər Ər-Riyad şəhərində Səudiyyə 4-cü Beynəlxalq Media Forumu keçirilib. “İnkişaf edən dünyada media” devizi ilə keçirilən Forum çərçivəsində 80-dən çox panel müzakirə və seminarlar təşkil edilib.

Metbuat.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun xarici əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli bildirib ki, Forum şərti olaraq 3 hissədən ibarət olmaqla təşkil edilib. Fevralın 19-da açılış mərasimi, 20-22 fevralda isə panel müzakirələri və seminarlar keçirilib. 23-24 fevralda Səudiyyə Ərəbistanının media mühiti və Ər-Riyadla tanışlıq tədbirləri tərtib edilib:

“Forumun açılış mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, Şahzadə Əbdüləziz bin Salman Əl Səud, həmçinin, media naziri Salman bin Yousef Al-Dosari çıxış etdilər. Onlar medianın yeni trendləri, eyni zamanda, ölkənin media siyasəti barədə rəylərini bölüşdülər. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da Media Foruma qatılaraq, açılış mərasimində çıxış etdi. Onun “media və siyasət” mövzunda məruzəsi ciddi maraq doğurdu”.

Müşfiq Ələsgərli qeyd edib ki, Forum çərçivəsində müasir media trendləri müzakirəyə çıxarılıb. Xüsusi olaraq, süni intellekt texnologiyalarının təsirləri üzərində dayanılıb. Bu sahədə effektiv fikir mübadiləsi aparmaq üçün rəqəmsal texnologiya üzrə ixtisaslaşmış şirkət təmsilçilərinin Forumda çıxışları təşkil edilib: “Müasir media iqtisadiyyatı”, “inkişaf etmiş rəqəmsal mühitdə media iqtisadiyyatının dinamikası”, “davamlılıq strategiyalarının təhlili” məsələləri də diqqət mərkəzində oldu. Gələcək media mənzərəsinin proqnozlaşdırılması yolları və yaradıcı istedadların bu sahənin yenidən formalaşdırılmasında roluna diqqət yetirildi. Müzakirələrin yekunu olaraq - Media sənayesində innovasiyalara əsaslanan texnologiyaların inkişafının dəstəklənməsi; Yerli və beynəlxalq media təşkilatları ilə strateji tərəfdaşlığın qurulması; Davamlı inkişaf vasitəsi kimi medianın rolunun gücləndirilməsi - kimi mesajlar verildi”.

Forum çərçivəsində Medianın Gələcəyi Sərgisi (FOMEX) təşkil olunub. Burada 250-dən çox yerli və beynəlxalq şirkətlərin iştirakı ilə media sektorunda ən son texnologiyalar nümayiş etdirilib. Çox sayda böyük media və texnologiya şirkətləri sərgi çərçivəsindəyeni innovasiyalarını təqdim ediblər.

Forum çərçivəsində Səudiyyə Ərəbistanının aparıcı media qurumlarının təmsilçiləri də çıxış edərək, fəaliyyət prinsipləri və yeni media trendləri barədə fikirlərini çatdırıblar. Forum iştirakçılarına, həmçinin,ölkənin xarici siyasət kursu, beynəlxalq sülhün əldə edilməsində Səudiyyə Ərəbstanının rolu barədə də məlumatlar çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri