Əraqçi Lavrova ABŞ nin atəşkəs rejimini pozmasından danışdı
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı rusiyalı həmkarı Sergey Lavrovu ABŞ-nin atəşkəsi pozması barədə məlumatlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Söhbət zamanı İranın xarici işlər naziri rusiyalı həmkarını regiondakı hadisələr və ABŞ-nin davam edən atəşkəsi pozması barədə məlumatlandırıb. ABŞ-nin qanunsuz davranışı və liderlərinin ziddiyyətli mövqeləri diplomatiyanın tələblərinə uyğun deyil və İran qarşı tərəfin davranışını müşahidə edərək öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün müvafiq qərar qəbul edəcək”, - bəyanatda bildirilir.
İran XİN qeyd edib ki, regionda sülhün və sabitliyin bərpası üçün Tehran və Moskva arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:Əraqçi Lavrova zəng edib
28 Fevral 2026 16:30
Əraqçi Lavrova İranın ABŞ və İsrailə qarşı cavab tədbirləri barədə məlumat verib
28 Fevral 2026 17:05
Zaxarova Rubionun Lavrova göz vurmasından danışdı
10 İyul 2025 19:35
ABŞ dövlət katibi Lavrova zəng etdi
16 Fevral 2025 00:13
Mirzoyandan Lavrova zəng
22 Mart 2025 10:03
Baxış sayı:142
Bu xəbər 20 Aprel 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















