“Ərazilərin diplomatik kanallarla qaytarılması maraqların təslim olması demək deyil”
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
“Ukrayna diplomatik kanallar vasitəsilə müvəqqəti işğal olunmuş ərazilərini geri qaytarmaq imkanlarına nail olmağa çalışır. Eyni zamanda, diplomatik yolda maraqların təslim edilməsi və ya dövlətin suverenliyinin pozulması nəzərdə tutulmur”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Ukrayna və Krım tatar icmaları ilə görüşündə deyib.
“Prezident kimi mən Konstitusiyanın təminatçısıyam. Biz Rusiyanın müvəqqəti işğal etdiyi heç bir ərazini Rusiya ərazisi kimi tanıya bilmərik. Həmin ərazilər Ukrayna torpaqları olacaqlar və heç bir güzəşt ola bilməz. Mən çox istəyirəm ki, bizim əraziləri diplomatik kanallar vasitəsilə qaytarmaq imkanımız olsun, çünki mən, həqiqətən, insanlarımızı itirməmək istəyirəm, çünki onlar Ukraynada ən qiymətli şeydir”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum edib və ukraynalıların silaha sarılmaq və torpaqlarını müdafiə etməkdən başqa çarəsi yoxdur.
“Rusiya hücuma keçdi və ukraynalılar silaha sarılaraq dünyanın heç bir ölkəsinin köməyi olmadan dövlətlərini müdafiə etməyə başladılar. O an heç kim Ukraynaya kömək etmirdi. Sonra hamı görəndə ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizi ələ keçirə bilməyəcək, xalqımız, hərbçilərimiz, Ukrayna Prezidenti heç yerə qaçmayacaq, o zaman hamı başa düşdü ki, Ukraynaya kömək etmək lazımdır. Yalnız bundan sonra ölkəyə yardımlar gəlməyə başladı”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















