Icma.az
close
up
RU
Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzi AÇILA BİLƏR

Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzi AÇILA BİLƏR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Ərbildə Azərbaycan Mədəniyyət mərkəzinin açılması uzun müddətdir müzakirə edilən mövzulardan biridir. 

Modern.az-a danışan Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi bildirib ki, Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması əlbəttə ilk növbədə orada yaşayan 400 min türkmənə xidmət edəcək:

“Eyni zamanda Azərbaycan və Ərbildəki türkmənlər arasında ədəbi, mədəni və incəsənət mövzusunda ciddi əlaqələr qurulmasına tögfə verəcək. Azərbaycanla İraq türkmənləri arasında ədəbi, mədəni əlaqələr 1959-cu ildən başlanıb. Azərbaycandan Kərkükə, Bağdada gedən Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə qayıtdıqdan sonra “Uzaq ellərin yaxın töhfələri” adında bir kitab çap etdirdilər. Bağdadda çap edilən “Qardaşlıq” jurnalında Rəsul Rzanın adından 6 məqalə yayımlandı. Məqalələrdə İraqdakı türkmənlərin mədəniyyətləri, ənənələrini, ədəbiyyatlarını çap etdilər. Bu əlaqələr uzun müddətdir davam edir.

Ancaq 2003-cü ildən, yəni Səddam Hüseyn rejimindən sonra bu əlaqələr ciddi şəkildə irəlilədi. Yazarlar, şairlər Kərkükdən, Ərbildən Azərbaycana getdilər, kitablar çap etdilər, konfranslara qatıldılar. İki toplum arasında soyumuz, kökümüz, dilimiz, ədəbiyyatımız oxşar olduğu üçün təbii ki, xoşbəxt oluruq. Tarixi araşdıranda görürük ki, şimali və cənubi Azərbaycan, İraq türkmənləri bir bütünün parçasıdır. Bunu Ümumilli Lider Heydər Əliyev 2000-ci ildə İstanbulda çap edilən “Qardaşlıq” jurnalına müsahibəsində də deyib. Biz İraq Azərbaycanlıları olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına məmnun olarıq. Bu gün Ərbildə qurulan hökumətdə türkmənləri təmsil edən nazirimiz Aydın Marufun da görüşləri bu yöndədir ki, Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasında heç bir əngəl yoxdur. Hökumət buna daha əvvəl də razılıq verib, Azərbaycan dövləti də müraciət edib. Amma hələlik durğunluq var. Seçkilərdən sonra hökumət hələ qurulmayıb. Təmənnimiz yaxın zamanda həmin mədəniyyət mərkəzinin qurulmasıdır. Türkmənlər də bu mərkəzdən istifadə edə, Azərbaycan xalqı da buraya gələndə mədəniyyət, ədəbiyyat sahəsində ciddi fəaliyyətlərlə məşğul ola bilər”.

Ş.Kuzəçi bildirib ki, bu gün Ərbildə 2 milyon insan yaşayır ki, onların 400 mini türkmənlərdir:

“Onların Azərbaycana və türk dünyasına inteqrasiya olması, ortaq fikirlər və layihələrin həyata keçirilməsində qurulacaq Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyük olacaq. Mərkəzin qurulmasında hansısa problemlər çıxmamasını ümid edirik. Çünki Ərbil İraqın ikinci bölgəsidir, mərkəzi hökumət 15, bura 3 vilayət olmaqla ümumi 18 vilayət mövcuddur. Ərbildən əlavə Kərkükdə də mədəniyyət mərkəzinin açılması vacibdir. 1960-cı illərin sonunda Türkiyənin Kərkükdə mədəniyyət mətkəzi var idi. Mərkəz 1978-ci ilə qədər fəaliyyət göstərdi. Bizim təmənnimiz Türkiyə, Azərbaycan və türk dünyasının Kərkükdə mədəniyyət mərkəzlərinin açılması və ortaq düşüncələrimizi, mədəniyyətimizi, ənənələrimizi, tariximizi və folklorumuzu təkrar gözdən keçirmək və istiqamətdə addımlar atmaqdır. Ancaq mədəniyyət mərkəzini açılması ilə bağlı bir problem var. Mərkəzin Ərbil qalasında qurulması planlaşdırılır. Həmin qala YUNESKO-ya məxsus olduğu üçün bunu təsdiq etməlidir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Yanvar 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri