Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Ercan Koçak azərbaycanlı qadın iş adamı tərəfindən ALDADILIB?

Ercan Koçak azərbaycanlı qadın iş adamı tərəfindən ALDADILIB?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli iş adamı Ercan Koçak Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, 2020-ci ildə dünyada COVİD -19 pandemiyasının yayıldığı bir vaxtda Azərbaycanda tibbi maska istehsal edilməsi üçün avadanlıqların gətirilməsində, fabrikin qurulmasında və xammalla təchiz olunmasında xidmətləri olub.

O, şərikli iş qurduğu azərbaycanlı iş adamı, “Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva tərəfindən aldadılaraq 715 min dollar vəsaitinin ələ keçirildiyini deyir: “Məni şəriklik, iş ortaqlığı kimi vədlərlə illərlə aldadan Səkinə Babayevə etibarımı qazandıqdan sonra ayrı-ayrı vaxtlarda Türkiyədən Azərbaycana göndərdiyim toplam 715 000 ABŞ dollar dəyərində malın pulunu illərdir ki, bütün xahişlərim və tələblərimə rəğmən ödəmir. Mən Səkinə Babayeva ilə 2014-cü ildə tanış olmuşam, onun dəvəti ilə Azərbaycana gəldikdə, Bakı şəhərində “Baksol” yolu adlanan ərazidə “fabrika” dediyi yerə gedib baxanda, danışdıqlarının əksinə, bu sahədə çox təcrübəsiz olduğunu anladım. Onun sahibi olduğu tekstil fabrikinin tam qurulması üçün əlimdən nə gəlirsə, köməklik etdim və 2020-ci ilədək Səkinə Babayevaya istehsal üçün lazım olan tesktil məhsulları göndərdim. Göndərdiyim məhsulların ödənişləri aramızdakı razılaşmaya görə ABŞ dollar ilə ödənilirdi. 2020-ci ildə yuxarıda da qeyd etdiyim kimi, COVİD-19 pandemiyası zamanı tibbi maska istehsalı üçün avadanlıq və xammal göndərilməsində iştirak etdim. Bir daha qeyd edirəm ki, mən həm avadanlığı, həm də xammalı ozamankı dəyərindən on qatlarla ucuz qiymətə göndərirdim. Ağır günlərdə doğma Azərbaycanımıza kömək üçün artıq qazanc güdmədən gecə-gündüz çalışdıq.

Lakin pandemiyadan sonra yenidən əvvəlki kimi tekstil məhsullarını göndərdiyim zaman artıq Səkinə Babayeva məhsulların pulunu ödəməməyə başladı. Mən aramızda qarşılıqlı güvən olduğunu düşündüyüm üçün məhsul göndərilməsini dayandırmadım. Məhsulların hamısı Türkiyə Respublikasından Azərbaycan Respublikasına “ölkədən çıxma idxal bəyannaməsi” ilə göndərilib”.

Ercan Koçak əlavə edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.

İttihamlarda adı keçən “Bakı Tekstil Fabriki”nin direktoru Səkinə Babayeva ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında iddiaları təkzib etdi. Xanım sahibkar Ercan Koçakın bir neçə ildir onu və övladlarını şantaj etdiyini, müxtəlif yollarla təhdid edərək pul almaq istədiyini iddia edib: “Biz onun atası Elemdar Koçakla 12 il əvvəl birgə iş qurmuşuq və fəaliyyət göstərmişik, həmin dövrdə hər şey qaydasında idi. Alemdar Koçak vəfat etdikdən sonra oğlu Ercan Koçak mənim oğlumla şərikli iş qurub. Mənim onunla heç bir ortaqlığım yoxdur və dediklərinin hamısı şər-böhtan xarakterlidir. Belə ki, oğlum onunla birgə qurduğu işdən çıxmaq üçün Türkiyədəki evini sataraq ödədi, həmçinin Bakıda Ercana 180 min manat ödəniş edilib. Bundan sonra E.Koçak ona hər hansı borcumuzun olmamasına dair sənədi də imzalayıb. Lakin sonradan hansısa şəxslərin yönləndirməsi ilə, hansısa düşüncələrə qapılaraq yenidən hədə-qorxu üsuluna əl atmaqla pul əldə etmək fikrinə düşüb. Həmçinin qeyd etmək istəyirəm ki, sahibkarlar arasındakı biznes narazılıqları və sair iqtisadi məsələlər olduğundan məsələ İqtisadi Məhkəmənin predmetidir. Lakin bu şəxs 2 aydan artıqdır polisə müraciət edib. Əgər mənim əməllərimdə hər hansı qeyri-qanuni tərkib olardısa, barəmdə cinayət işi açılardı. Lakin elə bir hal yoxdur, ola da bilməz. Biz Türkiyədən aldığımız bütün malların gömrük rəsmiləşdirməsini, ödənişləri, vergi bəyannamələri hamısını qanunvericiliyə uyğun şəkildə təmin etmişik. Onların göndərdikləri dəzgahların da hamısı işlənmiş və yararsız olduğuna görə fəaliyyətsiz qalıb. Bütün bunlara dair sənədləri də aidiyyəti qurumlara təqdim etmişik”.

İş adamı əlavə edib ki, pandemiya dövründə gücləndirilmiş rejimdə işləyiblər və 4 milyon manatdan artıq ziyan ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri