Icma.az
close
up
RU
Ərdoğan COP29la bağlı paylaşım edib: Türkiyənin ətraf mühitlə bağlı hədəflərini sadalayıb Doğru Xəbərlər

Ərdoğan COP29la bağlı paylaşım edib: Türkiyənin ətraf mühitlə bağlı hədəflərini sadalayıb Doğru Xəbərlər

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 Liderlər Sammitində iştirakı ilə bağlı paylaşım edib.

Oxu.Az xəbərinə görə, dövlət başçısı paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasındadır.

2053-cü ilə qədər sıfır tullantı və yaşıl inkişafa nail olmaq məqsədilə Türkiyə iqtisadiyyatının aparıcı sektorlarının tədricən yeniləndiyini bildirən Prezident Ərdoğan, hökumətin həyata keçirdiyi İqlim dəyişikliklərinə uyğunlaşma Strategiyasına dair 2024-2030-cu illəri əhatə edən Fəaliyyət Planından bəhs edib.

Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsinin bu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunu vurğulayıb.

“2053-cü ilə qədər əsas prioritetlərimiz bərpaolunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Türkiyənin 31 min MVt olan külək və günəş enerjisi potensialını 2035-ci ilə qədər 120 min MVt-a çatdırmağı planlaşdırırıq. Nüvə enerjisində hədəfimiz isə 2050-ci il üçün 20 min MVt təşkil edir. Həmçinin növbəti altı il ərzində 100 milyon ton qaz ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”, – deyə paylaşımda qeyd olunur.

Türkiyə Prezidenti, xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” layihəsinin əhəmiyyətinə də nəzər salaraq, bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizəyə təkan verdiyi ifadə edilib.

“İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu istiqamətdə olan qlobal səyləri daha güclü və təsirli edəcək. İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək “İqlim maliyyəsi” hədəfləri də müəyyən ediləcək. Bu uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, – deyə Ərdoğan bildirib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://dogru.az
archiveBu xəbər 13 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri