Ərdoğan: Fələstin torpaqları müzakirə olunmazdır
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə - Pakistan Biznes Forumunda iştirak edib.
Ərdoğan buradakı çıxışında bunları deyib:
"2024-cü ilə qədər Pakistanla ikitərəfli ticarət həcmimizin 1,4 milyard dollara çatacağı gözlənilirdi, bu da əvvəlki illə müqayisədə təxminən 30 faiz artaraq bu günə qədərki ən yüksək səviyyədir".
Pakistanda dövlət və özəl sektordan 50-dən çox şirkət xidmət göstərir.
Ümid edirik ki, investisiyalar daha da artacaq. Pakistan şirkətlərini ölkəmizə dəvət edirik.
6 fevral 2023-cü ildə tariximizin ən böyük fəlakətlərindən birini yaşadıq. 53 mindən çox insanımız həyatını itirdi.
Biz bu çətin gündə Pakistan xalqının dəstəyini hiss etdik.
Prezident Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstin münaqişəsinədə toxunub.
"Hazırda Qəzzada müvəqqəti atəşkəs əldə edilib. İsrail növbəti dəfə verdiyi vədləri yerinə yetirmədiyi üçün atəşkəs razılaşması dalana dirənib. Bölgəmizin yenidən qana, göz yaşına sürükləməyə çalışırlar. Qəzza bizim qəzzalı qardaşlarımızındır. Və əbədi olaraq belə qalacaq. Fələstin əraziləri müzakirə edilə bilməz”.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















