Ərdoğan iddia qaldırdı Kamal Kılıçdaroğlunu 11 il 8 ay həbs və siyasi qadağa gözləyir
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Bu gün Ankara 57-ci Cəza Məhkəməsində Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlu haqqında prezident Ərdoğanın şikayəti əsasında məhkəmə ilk iclasına başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vaxtilə çıxşında Ərdoğanı təhqir etməkdə ittiham olunan CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunu məhkəmə qarşısına böyük bir izdiham qarşılaşıb.
Məhkəmə qarşısına gələnlər arasında CHP-nin hazırkı sədri Özgür Özəl, Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş və digər partiya funksionerləri, deputatlar da olub.
Kılıçdaroğlu "Haqq, qanun, ədalət" şüarları səsləndirən izdihamın içindən məhkəmə binasına çətinliklə daxil olub. O, dəstək üçün gələn hər kəsə təşəkkür edib.
Türkiyə mətbuatı yazır ki, Ərdoğan iddiası ərizəsində Kılıçdaroğluna 11 il 8 aya qədər həbs və siyasi qadağa tələbi qoyub.
Firudin Səfərli
MİA.AZ

Baxış sayı:134
Bu xəbər 22 Noyabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















