Ərdoğan: İranın Zəngəzur dəhlizi və sülh addımlarını dəstəkləyəcəyini gözləyirik
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Regionda daimi sülhün olması hamının xeyrinə olacaq. Biz şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Biz bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan-Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur. O ki qaldı Zəngəzur mövzusuna... Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək.
Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Biz çox istərdik ki, onlar bu “qazan-qazan” prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 29 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















