Icma.az
close
up
RU
Ərdoğan Moskva ilə Kiyev arasında İstanbul danışıqlarının bərpasının əhəmiyyəti haqqında danışıb

Ərdoğan Moskva ilə Kiyev arasında İstanbul danışıqlarının bərpasının əhəmiyyəti haqqında danışıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 19 noyabr, AZƏRTAC

Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün mümkün addımlar atmağa çağırır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə lideri Moskva ilə Kiyev arasındakı ziddiyyətlərin tənzimlənməsi üçün İstanbul danışıqlarının önəmini vurğulayaraq, Türkiyədə keçirilən üç raund müzakirələrdən sonra humanitar sahədə müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib. “İstanbul danışıqları zamanı tərəflər atəşkəs və sülh perspektivlərini birbaşa müzakirə etmək imkanına malik idilər”, – deyə o bildirib. Prezident əlavə edib ki, bu gün Zelenski ilə keçirilən görüşdə İstanbul prosesinin davam etdirilməsi də müzakirə mövzularından biri olub.

Ərdoğan müharibənin dağıdıcı nəticələrinin tərəflərə getdikcə daha çox təsir göstərdiyini vurğulayaraq deyib: “Mövcud vəziyyətdə İstanbuldakı danışıqlar sülhə doğru diplomatik səylərin xüsusilə vacib bir mərhələsidir”. O həmçinin enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin aradan qaldırılması çətin olan ciddi nəticələrə səbəb olduğunu qeyd edib.

Bu baxımdan Türkiyə Prezidenti problemlərin miqyaslı həllinə diqqət çəkərək İstanbul prosesinin bərpasının önəmini xüsusi vurğulayıb. “Türkiyə qan tökülməsinin dayandırılmasını istəyən bütün tərəfdaşlarından İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyir. Biz həmçinin atəşkəsi yaxınlaşdıracaq və ədalətli, uzunmüddətli sülhə yol açacaq təşəbbüsləri Rusiya ilə müzakirə etməyə hər zaman hazırıq”, – deyə o bildirib və bu prosesdə ABŞ-ın iştirakının əhəmiyyətini qeyd edib.

Ərdoğan iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tanınmasına dair mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasına töhfə verməyə hazırdır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri