Icma.az
close
up
RU
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? Məşhur aşpaz AÇIQLADI

Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? Məşhur aşpaz AÇIQLADI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

7-8 iyul tarixlərində Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi başa çatsa da, tədbirlər bağlı müzakirələr davam edir.
Modern.az xəbər verir ki, NATO liderlərinin şərəfinə Türkiyə Prezidentinin Sarayında təşkil olunan rəsmi qala yeməyi də müzakirə olunan mövzular sırasında yer alır.
Türkiyə mətbuatı yazır ki, qala yeməyinin menyusu iki “Michelin” ulduzlu aşpaz Fatih Tutak tərəfindən hazırlanıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi qala yeməyində NATO-nun 32 üzv ölkəsinin liderləri, dəvət olunmuş dövlət başçıları və yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib.

Türk mətbəxini beynəlxalq səviyyədə tanıtmağı karyerasının əsas istiqamətlərindən biri seçən Fatih Tutak rəsmi qala yeməyində Türkiyənin qastronomik irsini dünya liderlərinə təqdim edib.


Məşhur aşpaz qala yeməyi ilə bağlı açıqlamasında bildirib:

“Belə xüsusi bir süfrədə türk mətbəxini təmsil etmək bizim üçün böyük şərəf idi. Bu menyuda Türkiyənin müxtəlif bölgələrindən gələn məhsulları, istehsalçıların əməyini və mətbəx yaddaşımızı müasir dillə təqdim etmək istədik. Türkiyənin ev sahibliyi etdiyi bu mühüm görüşün bir hissəsi olmaq bizim üçün çox dəyərlidir”.

ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Keir Starmer və İtaliyanın Baş naziri Giorgiya Meloni də daxil olmaqla liderlərə türk mətbəxinin zəngin irsini əks etdirən xüsusi qala menyusu təqdim olunub.

Menyuda Anadolunun regional məhsul müxtəlifliyi, yerli istehsalçılarla əməkdaşlıq və türk mətbəxinin qədim ənənələri əsas götürülüb. Ənənəvi türk dadları müasir texnikalar və zərif təqdimatla yenidən hazırlanaraq qonaqlara təqdim olunub.

Həftələrlə davam edən hazırlıq prosesindən sonra yaradılan menyu ənənəvi türk mətbəxinin xüsusiyyətlərini müasir kulinariya yanaşması ilə birləşdirib. Məhsul seçimindən tutmuş yeməklərin hazırlanmasına qədər bütün mərhələləri şəxsən idarə edən aşpaz Fatih Tutak menyunu mövsümilik, yerli istehsal və davamlılıq prinsiplərinə uyğun hazırlayıb.

Menyuda istifadə olunan məhsulların böyük hissəsi Türkiyənin müxtəlif bölgələrindəki istehsalçılardan alınıb. Beləliklə, qala yeməyi sadəcə rəsmi qəbul menyusu deyil, həm də Türkiyənin məhsul zənginliyini, mətbəx mədəniyyətini və istehsalçı əməyini təqdim edən qastronomik təqdimata çevrilib.

Menyuda daş sobada hazırlanmış pide, Trabzon kərə yağı və Hizan karakovan balı, zeytun yağlı tərəvəz bayıldı, yanıq Denizli qatığı, dəniz levrəyi və tarama, Urla sakqız enginarı ilə Tokat üzüm yarpağı, quzu əti ilə göbələk qarışıqlı firik bulquru, təndirdə bişmiş dana qabırğası, yanıq Trabzon kərə yağı və badımcan, tüstüyə verilmiş Ayaş pomidor sousu ilə mantı, “milk baklava”, Antep fıstığı köpüyü və bergamotlu Maraş dondurması yer alıb.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri