Icma.az
close
up
RU
Ərdoğan nöqtəni qoydu “Macəra axtaran varsa, hodri meydan!“

Ərdoğan nöqtəni qoydu “Macəra axtaran varsa, hodri meydan!“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrup toplantısında regionda baş verən hadisələrlə bağlı açıqlamalar verib.

Moderator.az-ın məlumatına görə, Ərdoğan uzun müddətdir bölgədə davam edən böhran və qarşıdurmalardan danışıb:  “Bölgəmizdə uzun müddətdir böhranların və qarşıdurmaların ardı-arası kəsilmir. Son olaraq İsrailin təxribatları nəticəsində qonşumuz İrana qarşı başlayan müharibə ağır dağıntılara səbəb olub. Problemlərin masa arxasında həll olunması ehtimalı varkən, təxribatlar nəticəsində bölgəmiz yenidən qan və barıt qoxusuna bürünüb. İlk gün 175 qız şagird öldürüldü. İranda həyatını itirənlərin sayı 2 minə çatıb.” “Dünya bunun bədəlini ödəyəcək”

Ərdoğan vurğulayıb ki, İrana qarşı hücumlar qlobal iqtisadiyyata da ciddi təsir göstərir:

“İrana qarşı hücumlar qlobal iqtisadiyyata da ciddi təzyiq yaradır. Bütün dünya bu müharibənin bədəlini ödəməyə hazırlaşır. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm; Türkiyə olaraq böhran anlarında dost ölkələrə arxa çevirən bir ölkə deyilik. Biz heç vaxt  "mənə toxunmayan ilan min il yaşasın" deyən bir ölkə olmamışıq. Biz böhranların həlli üçün risk və məsuliyyət götürən bir dövlət və hökumətik. Türkiyə ətrafındakı böhranlara biganə qala bilməz.”

“Bu müharibə böyümədən dayandırılmalıdır”

Türkiyə lideri bildirib ki, Ankara münaqişənin başladığı gündən diplomatik təmaslarını davam etdirir:

“Toqquşmaların başladığı gündən indiyə qədər həm İran, həm Birləşmiş Ştatlar, həm də region ölkələri ilə təmaslar qurduq. Bu çərçivədə 20-dən çox telefon danışığı apardım. Digər həmkarlarımız da eyni şəkildə qarşı tərəflərlə daim əlaqə saxlayırlar.”

Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin böyüməməsi üçün diplomatik səylərini davam etdirir:

“Hazırda da silahların susması üçün ümidimizi itirməmişik. Bu müharibə böyümədən və bölgəni tamamilə alova bürümədən dayandırılmalıdır. Diplomatiyaya imkan verilərsə, buna nail olmaq mümkündür. Yenidən danışıqlar masasına qayıdılması və diplomatiyanın işə salınması üçün təşəbbüslərimizi səbir və qətiyyətlə davam etdiririk.”

“Məzhəb qarşıdurması yaratmaq istəyirlər”

Ərdoğan çıxışında bildirib ki, başda məzhəb qarşıdurmaları olmaqla, bölgədə həyata keçirilmək istədikləri qanlı ssenarilərə qarşı Türkiyə bütün tədbirləri görür:

“Eyni zamanda başda məzhəb qarşıdurmaları olmaqla, bölgəmizdə rellaşdırmaq istədikləri qanlı ssenarilərə qarşı da lazımi tədbirləri alırıq. Dünən Milli Müdafiə və Xarici İşlər nazirlərimiz Parlamentimizi (TBMM) qapalı iclasda məlumatlandırdı.”

“İrq, məzhəb, din, dil və mənşə ayrı-seçkiliyini rədd edirik”

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə həm bölgədə, həm də qonşu İran xalqına heç vaxt “bu Şiədir, bu Sünnidir, bu Türkdür, bu Kürtdür” kimi yanaşmayıb:

“Biz bölgəmizin bütün xalqlarına olduğu kimi, qardaş İran xalqına da belə baxmamışıq və baxmırıq. Millət olaraq bizim üçün Arap, Kürd, Sünni, Şiə deyil, yalnız insan vardır. Haqsızlığa uğrayan, çətinlik çəkən kim varsa, biz onun yanındayıq. Daha əvvəl qonşumuz İraqda, Somali, Suriyada, Rusiya-Ukrayna müharibəsində də bunu etmişik. İrq, məzhəb, din, dil və mənşə ayrı-seçkiliyini rədd edirik. Bu gün bir daha vurğulayıram: Bizim ‘Sünnilik, Şiəlik’ kimi dinimiz yoxdur. Bizim tək dinimiz var, o da İslamdır. Hz. Əli bizim, Hz. Ömər bizimdir, Hz. Ayşə valideynimiz bizimdir, Hz. Zeynəb anamız da bizimdir.”

Erdoğan sosial mediada mməzhəbçiliyin qızışdırıldığını da diqqətə çatdırıb:

“Sosial mediada məzhəbçiliyin qızışdırıldığına şahid oluruq. Bugünkü gündəmə gətirilməsi təsadüf deyil. Bizim üçün faydasız müzakirələrdən uzaq durmaq lazımdır. Türkiyə əleyhinə lobbi fəaliyyətlərinin fərqindəyik və biz bu oyuna düşməyəcəyik. Soyukkanlılığımızı qoruyacağıq. Bu millət sıradan bir millət deyil. 15 İyulda yalnız içimizdəki xainləri deyil, onların ipini tutanları da diz çökdürdük.”

“Macəra axtarışında deyilik”

Erdoğan Türkiyənin bölgədə sülhü və sabitliyi prioritet etdiyini vurğulayıb:

“Türkiyə ‘Terror-suz Türkiyə’ layihəsi ilə gücünü artırıb. Biz macəra axtarışında deyilik, gərginlik peşində də deyilik. Biz bölgəmizin hər qarışında sülh və sabitliyin hakim olmasından yanayıq. Kim olursa olsun, heç bir ölkənin ərazisinə göz dikmirik, amma əgər torpaqlarımıza göz dikən və macəra axtaran olarsa, ona ‘hodri meydan’ deməkdən çəkinməyəcəyik.”

Rumiyyə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri