Ərdoğan: Ortaq ordu yaratmaq üçün işlər görülmür
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərlərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, üzv ölkələr arasında imzalanan Mülki Müdafiə Mexanizmi Sazişi regionda təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması istiqamətində mühüm addımdır, lakin bu sazişin birgə ordu istiqamətində genişlənməsi müzakirə olunmur.
Ərdoğan, həmçinin, fəlakət və fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsinin dövlətlər arasında dərin əməkdaşlığı gücləndirəcəyini vurğulayıb: “Bu müqavilənin əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fəlakət və fövqəladə hallarda həmrəyliyini artırmaqdır. Bu həmrəylik bizi fəlakətlərə və fəlakətdən sonrakı proseslərə daha hazırlıqlı edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















