Icma.az
close
up
RU
Menu

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Gələn ay 30 manat yardım veriləcək

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Ərdoğan Trampla görüşdü, Fidanla bağlı məlumat yayıldı: Türkiyədə qəribə vəziyyət

Ərdoğan Trampla görüşdü, Fidanla bağlı məlumat yayıldı: Türkiyədə qəribə vəziyyət

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyənin xarici işləri naziri Hakan Fidanın ABŞ-la bağlı açıqlamaları diqqət çəkib. Fidan Ankaranın Vaşinqtonla bütün problemləri həll etmək istədiyini söyləyib.

Digər tərəfdən, bir çox ekspert Türkiyə XİN başçısının ABŞ səfərinin uğurlu olmadığı qənaətindədir. Xüsusilə iki ölkə arasında F-35 məsələsinə dair gözlənilən razılığın əldə olunmadığı və digər bir çox problemin hələ həll edilmədiyi bildirilir.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, hazırda Türkiyə-ABŞ münasibətləri çoxqatlı və ziddiyyətli bir mərhələdən keçir:

“Uzun illərdən bəri yığılmış problemlərin fonunda dialoq xəttinin davam etməsi özü-özlüyündə diplomatik iradənin göstəricisidir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqton səfəri də bu baxımdan həm regional, həm də qlobal güc balansının dəyərləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Hər iki tərəf münasibətlərdəki çətinliklərin fərqindədir. Fidanın da dediyi kimi, problemlərin bir qismi sistematik, bir qismi isə siyasi motivlidir. Amma vacib məqam ondadır ki, bu dəfə həm Ankara, həm də Vaşinqton “qarşılıqlı iradə”ni daha açıq şəkildə ifadə edir. Bu, əvvəllər müşahidə olunan soyuqluğa nisbətən diplomatik tonun dəyişməsi deməkdir. Səfər konkret nəticələr baxımından parlaq olmasa da, münasibətlərin tam qırılmasının qarşısını alan və dialoqun açıq qalmasını təmin edən bir mərhələ kimi qiymətləndirilə bilər”.

Deputat bildirib ki, F-35 proqramı, sanksiyalar və YPG məsələləri hələlik tərəflər arasında fikir ayrılıqlarını saxlayır:

“Lakin enerji əməkdaşlığı, kibertəhlükəsizlik və ticarət əlaqələri kimi istiqamətlərdə müsbət mesajlar verilməsi, münasibətlərin tam “buzlaşmadığını” göstərir. ABŞ və Türkiyə enerji təhlükəsizliyi məsələsində bir-birinə ehtiyac duyur və bu, qarşılıqlı dialoqun saxlanması üçün təbii zəmin yaradır.

Eyni zamanda, Vaşinqtonun Yaxın Şərqdə daha realist və tərəfdaşlığa əsaslanan xəttə qayıda biləcəyi ehtimalını artırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşdəki praqmatik mövqeyi Türkiyənin qlobal diplomatiyada yenidən ənənəvi rolunu davam etdirmək istədiyini nümayiş etdirir.


Elçin Mirzəbəyli

Hakan Fidanın diplomatik səyləri isə təkcə ikitərəfli münasibətlərin yox, həm də Türkiyənin milli maraqlara söykənən siyasətinin davamlılığının göstəricisidir. Ankara artıq özünü yalnız NATO üzvü kimi deyil, həm də Avrasiya, Yaxın Şərq və Afrika regionlarının siyasi dinamizmini tənzimləyən bir güc kimi təqdim edir. Bu, Rəcəb Tayyib Ərdoğanın “sabit güc – ədalətli nizam” fəlsəfəsinin praktiki təzahürüdür”.

E.Mirzəbəylinin sözlərinə görə, Türkiyə-ABŞ münasibətləri hələ uzun müddət “gərgin tarazlıq” mərhələsində qalacaq:

“Amma bu tarazlıq əvvəlki kimi qarşıdurmaya deyil, qarşılıqlı asılılığa əsaslanır. Vaşinqton Türkiyəni itirmək istəmir, Ankara isə Qərbdən uzaqlaşmadan öz regional müstəqilliyini qorumağa çalışır. Diplomatik dildə desək, tərəflər münasibətləri “idarə edilən fərqli baxışlar” formatında saxlayırlar.

Mövcud reallıqda bu, ən konstruktiv variantdır. Çünki həm ABŞ, həm də Türkiyə anlayır ki, bir-birini itirmək geosiyasi boşluq yaradacaq. Ərdoğanın Trampla görüşü bu reallığın həm Vaşinqtonda, həm də Ankarada anlaşılmağa başlandığını göstərir. Bu da Türkiyənin xarici siyasətində yeni – qarşılıqlı hörmət və balanslı əməkdaşlıq mərhələsinin başladığına işarədir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see136

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see134

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see129

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri