Ərdoğan: Türkiyə gərginliyi azaltmaq üçün hərəkətə keçib
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə İran ətrafındakı böhran səbəbindən regionda yaranmış gərginliyi azaltmağa çalışır və bu istiqamətdə addımlar atır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Biz gərginliyi azaltmaq üçün təşəbbüslər irəli sürürük. Müvəqqəti atəşkəs razılaşmalarının açdığı imkanlar pəncərəsindən tam şəkildə yararlanmaq lazımdır", — deyə Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiya iclasında bildirib.
O, İsraili münaqişənin nizamlanması prosesini pozmağa çalışmaqda ittiham edib:
"Atəşkəsdən narazı olan İsrail hökumətinin bu prosesi pozmasına imkan vermək olmaz. Əgər bölgəmizdə sülh bərqərar olacaqsa, bu, sionist rejimə rəğmən baş verəcək. İsrail ən kiçik sülh ümidini belə sabote edir."
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 15 Aprel 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















