Ərdoğandan Baydenin təşəbbüsünə reaksiya: Çox gec, lakin mühüm addımdır...
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Oman Sultanı Heysəm bin Tarik əl-Səidlə birgə keçirdiyi mətbuat konfransında deyib.
R.T.Ərdoğan ABŞ Prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs irəli sürəcəyinə dair açıqlamasının çox gec, lakin mühüm addım olduğunu qeyd edib.
“Bu münaqişələr başlayandan biz davamlı atəşkəsin təmin edilməsi üçün vasitəçilik və ya zəmanət vasitəsilə əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz bu gün də eyni mövqedəyik”, – Türkiyə lideri deyib.
Baxış sayı:118
Bu xəbər 28 Noyabr 2024 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















