Icma.az
close
up
RU
Ərdoğanın İlham Əliyevə “qardaşım” deməsi, iki ölkənin həmrəyliyini dünyaya göstərən mesajdır Hulusi Kılıç

Ərdoğanın İlham Əliyevə “qardaşım” deməsi, iki ölkənin həmrəyliyini dünyaya göstərən mesajdır Hulusi Kılıç

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqelərini aydın ifadə ediblər və ABŞ vasitəsilə imzalanan dayanıqlı sülh sazişini yüksək qiymətləndirir. "Bu münasibətlə bir daha Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevi, ABŞ lideri Donald Trampı və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edirəm", - deyə Türkiyə lideri söyləyib.

Beynəlxalq tədbirdə, dünya liderləri qarşısında Ərdoğanın Prezident İlham Əliyevə "qardaşım" deyə xitab etməsi bir mesaj ola bilərmi?

Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada örnəkdir.

"İki qardaş ölkə arasındakı bu bənzərsiz əlaqələr, iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdırır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın Ali Baş Komandan, Prezident İlham Əliyevə dünyanın önündə “qardaşım” deyə müraciət etməsi, dünya liderlərinə və beynəlxalq topluluğa iki qardaş ölkənin həmrəyliyini göstərən açıq bir mesajdır. Bu, “biz birik, bütünük, güclüyük” mesajıdır və qonşu ölkələrə, bölgəyə və dünyaya ünvanlanmışdır. Ərdoğan və İlham Əliyev hər fürsətdə Türkiyə-Azərbaycan əlaqələrini nümunə olaraq göstərir. Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, və ümummilli Lider Heydər Əliyevin “biz bir millət, iki dövlətik” ifadəsi bu həmrəyliyi və birliyi dünyada nümunə kimi göstərir".

Keçmiş səfir qeyd etdi ki, Azərbaycan Türkiyə üçün, Türkiyə isə Azərbaycan üçün çox önəmli strateji müttəfiqdir:

"Bu həmrəylik həm regional, həm də Türk Dövlətləri Təşkilatı daxilində özünü göstərir. Azərbaycanın problemi Türkiyənin problemidir, Türkiyənin problemi isə Azərbaycanın problemidir. Ümummilli lider “biz bir millət, iki dövlətik” deyərək Türk və Azərbaycan xalqlarına ayrı bir kimlik vermişdir və bu kimlik bizə yol göstərməkdədir. O baxımdan, Ərdoğanın Nyu-Yorkda, dünyanın kürsüsündə cənab Prezident İlham Əliyevə “qardaşım” deməsi bizi çox sevindirmişdir. Belə bir nümunəyə rast gəlinməyib. Heç bir dövlət lideri digər bir dövlət lideri üçün “qardaşım” sözünü işlətməz. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi! Birliyimiz gücümüzdədir, gücümüz isə birliyimizdədir", - deyə Hulusi Kılıç vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri