Icma.az
close
up
RU
Ərdoğanın “Kürd açılımı” siyasəti problemin həllinə yox, özünə səs almağa hesablanıb RAUF MİRQƏDİROV

Ərdoğanın “Kürd açılımı” siyasəti problemin həllinə yox, özünə səs almağa hesablanıb RAUF MİRQƏDİROV

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar Türkiyədə “Kürd açılımı” məsələsi yenidən gündəmə gəlib.

Məlumdur ki, illər əvvəl zaman-zaman baş verən bu açılıma qarşı Türk milliyyətçiləri etiraz aksiyaları ilə də cavab verib.

Məsələn, Ankara, Konya, Yalova, Edirnə və Çanaqqalada milliyyətçilər 2009-cu ildə açılıma qarşı olaraq ayağa qalxmışdılar.

Hazırda gedən proseslərə etiraz kütləvi ayağa qalxmaqla olmasa da, müzakirə səviyyəsində etiraz müşahidə olur. Yəni, cəmiyyətdə hələ də narazılıqların olduğu məlumdur.

Türkiyə prezidenti Ərdoğanın bu dəfəki siyasəti isə fərqlidir.

O, elə əvvəlki etirazları nəzərə alaraq, danışıqlar prosesinə MHP lideri Dövlət Baxçalı vasitəsilə qoşulub.

Hazırdan İmralı həbsxanasinda cəza çəkən PKK terror təşkilatının lideri Abdullah Öcalanla danışıqlar aparılıb.

Kürdlərin DEM partiyası rəhbərliyi MHP lideri ilə görüşlər keçirib.

Ümumi olaraq proseslərin müsbət olduğu bildirilsə də, hələlik yekun nəticə yoxdur.

Lakin müsbət deyilən danışıqlara münasibətlər də birmənalı deyil.

Yaxşı, Öcalan dəstək verib və PKK-ya təslim olmağı çağırış edərsə, bu, müsbət nəticə verəcəkmi? Bu qədər zamandır həbsdə olan Öcalanın PKK-ya təsir gücü də azalıb. Üstəlik, nəzərə almaq lazımdır ki, PKK çox həssasdır və belə olduğu halda belə daxildə buna qarşı çıxan qruplar ola bilər.

Ərdoğanın bu siyasəti konkret olaraq nəyə hesablanıb? Birmənalı olmayan fikirlərdən biri də budur ki, Ərdoğanın bu danışıqlara qarşıdakı seçkilərə görə getdiyi bildirilir.

Bu barədə açıqlamasında Gununsesi.info-ya danışan siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, əslində, məsələ bəyənatlarda deyildiyindən ibarət deyil, konkret həll modeli qoyulmalıdır.

“Kürdlər olan yerlərdə Ərdoğan CHP-yə uduzub. Haradakı özləri uda bilmirlər, səsləri verirlər CHP-yə. Məsələn, bələdiyyə seçkilərindəki kimi. Bilirlər ki, CHP onların tərəfdarı deyil. Məlumdur, Ərdoğan yenə də Öcalan, PKK ilə danışıqlara başlayıb. Baxçəlini də bilərəkdən bu məsələdə qabağa verdi. Çünki cəmiyyətdə kəskin reaksiya istəmirdi. Kürdlər az deyil, haradasa əhalinin 10 faizindən çoxunu təşkil edirlər. Parlamentə keçid də 10 faizdir. Ərdoğana qədər onlar heç vaxt Parlamentdə partiya kimi keçə bilməmişdilər, buna əvvəlki hakimiyyətlər imkan vermirdilər. İndi yenə də onların səsini seçkiləri udmaq üçün qaytarmaq istəyir. 10 faiz böyükdür axı. Hamısı səs verməsə də, 5-6 faiz versə belə böyük bir şeydir. Lakin hələlik gedişat göstərir ki, danışıqlar uğurlu deyil. İlk öncə Öcalanın azadlığa buraxılması məsələsi var. İkincisi, anlamaq lazımdır ki, o, bir dəfə bunları aldadıb. Öcalan 20 ildən çoxdur ki, türmədədir və PKK-ya təsir imkanları çox aşağı səviyyədədir. Onun təslim olun deməsi ilə deyil. Ümumiyyətlə, problem odur ki, problemin özünün həlli modeli yoxdur. Dildə “kürdlər bizim qardaşımızdır” demək olar, amma hazırda Kürd problemi çox ciddi məsələdir. Nəzərə alsaq ki, Türkiyə iqtisadi baxımından da hazırda güclü deyil, onlara iqtisadi baxımından da yaxşı həyat vəd edə bilməyəcək. Bu mexanizm işləməyəcək. Lap mədəni muxtariyyət məsələləri də. Məsələn, öz dilinizdə oxuyun, öyrənin filan. Bələdiyyə səviyyəsində imkanlar. Hətta bu səviyyədə tədbirləri həyata keçirmək üçün belə çox böyük vəsaitlər lazımdır. Kürdlərin yaşadığı regionlar ən kasıb regionlardır. “Qardaşıq, bir millətik, dövlətik” artıq keçmir. Problemin özü qalacaq, Öcalan olmayacaq, bir başqası olacaq. Hazırda bunun həll edilməsi üçün ciddi bir şey görmürəm. Yenə də yaxşıdır ki, barışmaz mövqedən danışıqlara getmək nəsə vəd edir. Nələrəsə ümid ola bilər”, -deyə o, bildirib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Fevral 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri