“Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm ”O Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp bildirib.
Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib.
“Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - Tramp yazıb.
“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – elə İNDİ!”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 May 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















