Ərdoğanla Paşinyan arasında Ermənistan Azərbaycan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib, konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar.
525.az xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.
Tərəflər, həmçinin, regional hadisələrə toxunaraq bu kontekstdə ikitərəfli əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Baş nazir Paşinyan Ermənistanın regionda sülh və sabitliyin təmin olunması prosesinə sadiqliyini vurğulayıb və qonşularla münasibətlərin normallaşdırılması siyasətini davam etdirmək əzmində olduğunu bildirib.
İki ölkənin liderləri birbaşa təmasların və dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dair də fikir mübadiləsi aparılıb. (APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 20 İyun 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















