Ərdoğanla Paşinyan Azərbaycan Ermənistan sülh prosesini müzakirə edib KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır.
KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə lideri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə səsləndirib.
Hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyanın da qatıldığı müzakirələrdə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində qarşılıqlı addımların atılması məmnuniyyətlə qarşılanıb.
Ərdoğan Ermənistanla beynəlxalq təşkilatlarda inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini deyərək, Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Sentyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















