Tramp Ərdoğanla DANIŞDI
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, liderlər dünən gecə saatlarından etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, bölgədəki son hadisələri müzakirə ediblər.
Ərdoğan atəşkəs qərarından duyduğu məmnunluğu ifadə edib:
“Bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 gündən sonra açılan bu iki həftəlik fürsət pəncərəsi qalıcı bir sülh sazişi üçün ən yaxşı şəkildə dəyərləndirilməli, prosesin “baltalanmasına” və ya sabotaj edilməsinə imkan verilməməlidir”.
Bundan əlavə, Ərdoğan Pakistan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə həyata keçirilən həll səylərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə təhlükəsi fonunda elan olunan 14 günlük atəşkəs regionda sabitliyin bərpası üçün son dövrlərin ən mühüm diplomatik nailiyyəti hesab olunur.
Baxış sayı:91
Bu xəbər 08 Aprel 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















