Ərəb Dövlətləri Liqası Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ərəb Dövlətləri Liqası Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatması barədə elanı alqışlayıb, bunu iki ölkə arasında münaqişəyə son qoymaq və Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olması üçün zəruri və mühüm addım hesab edib.
Missiya.Az xəbər verir ki, Ərəb Dövlətləri Liqasının Baş Katibliyi mübahisələrin sülh yolu ilə həlli və həllinin əsasını qoyan sazişi tam dəstəklədiyini bir daha təsdiqləyib.
Baş Katibliyin nümayəndəsi iki tərəf arasında həll edilməmiş bütün məsələləri həll edəcək yekun hərtərəfli sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini bildirib və əlavə edib ki, diplomatik dialoq uzanan münaqişənin həlli üçün yeganə səmərəli yol olaraq qalır.
Qeyd edək ki, artıq bir çox ölkələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı razılaşmanı alqışlayıb və onun yaxın gələcəkdə imzalanacağına ümid etdiyini bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















