Ərik diyarı Samux festival ab havasına bürünəcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Samux, 30 may, AZƏRTAC
Samuxda “III Ərik Festivalı” keçiriləcək.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festival iyunun 20-də Samux parkında təşkil ediləcək. Festivalda fermerlərin yetişdirdikləri ərik məhsulları da daxil olmaqla, kənd təsərrüfatı məhsullarının sərgi və satışı, milli mətbəximizin təamları, onlardan hazırlanan mürəbbə və şirələrin stendlərlə təqdimatı olacaq.
Həm yerli sakinlərə, həm də bölgəyə səfər edən qonaqlara unudulmaz təəssüratlar bəxş etmək üçün müxtəlif əyləncə tədbirləri, konsert proqramı da nəzərdə tutulub. Festivalın sonunda isə atəşfəşanlıq olacaq.
Bildirilib ki, festivalın keçirilməsində məqsəd fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.
Qeyd edək ki, Azərbaycanda ən çox ərik yetişdirilən rayonlardan biri də Samuxdur. Rayonda ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir.
Müxbir – Vüsalə Cənnətova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 01 İyun 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















