Icma.az
close
up
RU
Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? Yanlış məlumat yayırlar

Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? Yanlış məlumat yayırlar

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanda ərik bağlarında ən aşağı məhsuldarlığın qeydə alındığı Samux rayonu ardıcıl olaraq 2-ci dəfədir “Ərik Festivalı”na ev sahibliyi edir.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda ən çox ərik bağları Goranboy rayonu ərazisində yerləşir.
Ən çox məhsul yığımı da ötən il Goranboy rayonunda qeydə alınıb. Ən məhsuldar ərik bağları isə Xocavənd və Tovuz rayonlarında olub.
Məlumat üçün bildirək ki, Goranboy rayonunda 394,1 hektar ərik bağları olub və bu bağlardan il ərzində 3 577,8 ton ərik yığılıb. Goranboyda məhsuldarlıq hər hektara 91,8 sentner olub. Ən yüksək məhsuldarlığın qeydə alındığı Xocavənd rayonunda hər herktardan 231,9 sentner, Tovuz rayonunda isə hər hektardan 218,2 sentner ərik yığılıb.
Maraqlıdır ki, iki ildir “Ərik Festivalı”na ev sahibliyi edən Samux rayonunda hər hektardan cəmi 5,8 sentner ərik toplanıb. Samux rayonu bu göstərici üzrə Azərbaycanda sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən il Samux rayonunda 370,8 hektar ərik bağının olduğu və buradan 119,9 ton ərik yığıldığı bildirilir. Yığılan əriyin miqdarına görə Samux rayonu Azərbaycanda ərik əkilən 68 şəhər və rayon arasında 37-ci sırada yer alıb.
Lakin, ötən il Samux rayon İcra Hakimiyyətinin “Ərik Festivalı” ilə bağlı açıqladığı məlumatda “Ərik Festivalı”nın Samux rayonunda keçirilməsinin təsadüfi olmadığı qeyd olunub. Bildirilib ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur.
Həmin vaxt Yeniavaz.com saytında “İcra Hakimiyyətindən əriklə bağlı yanlış məlumat – Ordubad 1-ci, Samux 2-cidir?” sərlövhəli yazı dərc olunmuşdu.
Bir neçə gün əvvəl Samux rayon İcra Hakimiyyətinin “II Ərik Festivalı” ilə bağlı açıqladığı məlumatda da “Ərik Festivalı”nın Samux rayonunda keçirilməsinin təsadüfi olmadığı qeyd olunub. Ötən il açıqlamada yer alan cümlə (“Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur” – red.) dəyişdirilərək “Azərbaycanda ən çox ərik yetişdirilən rayonlardan biri də Samuxdur” cümləsi ilə əvəz edilib.
Onu da bildirək ki, İcra Hakimiyyətinin ötən il və bu il açıqladığı məlumatlarda cümlələrin böyük əksəriyyəti olduğu kimi qalıb. Məsələn, açıqlamadan belə görünür ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin festivalda səsləndirdiyi fikirlərdə heç bir dəyişiklik olmayıb. Firdovsi Əliyev həm ötən il həm də bu il deyib ki, Samux rayonunda təkcə ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Ancaq qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda açıq şəkildə göstərilib ki, ötən il Samux rayonunda 370,8 hektar ərik bağları olub.
Cədvəldə Azərbaycanın şəhər və rayonlarında ərik bağlarının sahəsi, il ərzində yığılan məhsulun miqdarı və hər hektara düşən məhsuldarlıq göstərilib:

Samux rayon İcra Hakimiyyətinin “Ərik Festivalı” ilə bağlı 2024-cü və 2025-ci illərdəki açıqlamalarını təqdim edirik:


Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri